Dünya (21-02-2014, 12:52)
Kobzon Yanukoviçdən Kliçkonun həbsini istədi
Rusiyada yaşayan Ukrayna əsilli tanınmış şəxslər prezident Viktor Yanukoviçə yazlı müraciət edərək, müxalifət liderləri Kliçko, Yaçenyuk və Tyaqnibokun həbsini itəyiblər. “Axar.az”ın məlumatına görə, həmin şəxslər aşağıdakı sözlərlə Ukraynanın dövlət başcısına müraciət ediblər: “Kliçko, Yaçenyuk və Tyaqnibok kimi maydançıların sayəsində doğma Ukraynamız alovlar içindədir - insan ölür, qardaş qırğını gedir. Təəssüf ki, sizin barışıq çağırışlarınıza məhəl qoyulmur. Onlara ölkənin gələcəyi deyil, şəxsi ambisiyaları maraqlandırır. Küçələrdə Banderanın şəkilinin asılması onların faşist niyyətlərindən xəbər verir. Cənab Prezident! Təcili şəkildə sizdən iğtişaşlara qoymağa, bu provokatorların həbsinə göstəriş verməyi xahiş edirik”. Sənədə imza atmış Rusiyada yaşayan Ukrayna kökənli tanınmış şəxs bunlardır: Аvdeyenko T.P. – USSR-in əməkdar artisti Аkayemov P.İ. – şair, Rusiya Yazıçılar İttifaqının üzvü Baklanov О.D. – “Kiyevskaya Rus” ictimai birliklərinin Beynəlxalq İttifaqının sədri, Sosialist Əməyi Qəhrəmanı Bebko V.S. – Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri Bezlepkin L.F. – ictimai xadim Boldiçeva V.А. – “Moya Moskva” jurnalının baş redaktoru Bıstıriçkaya E.А. – SSRİ xalq artisti, Ukrayna İncəsənət Akademiyasının fəxri üzvü Vvedenskiy E.А. – I dərəcəli kapitan, tarix elmləri doktoru Volkov А.А. – pilot-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Qodovanyuk V.К. – Moskvadakı “Hüquqi yardım mərkəzi” vəkillər kollegiyasının sədri Qolodenko N.İ. – Rusiyanın əməkdar artisti Qriqoryeviç А.А. – Beynəlxalq Slavyan Şurasının baş katibi Demarin İ. B. – USSR-in əməkdar artisti Demyançuk V.B. – Rusiyanın əməkdar rəssamı Dupak N.L. – Ukrayna və Rusiyanın əməkdar artisti, Böyük Vətən Müharibəsi əlili, Ukraynanın azad olunmasının iştirakçısı Zaqoruyko V.V. – rejissor, Rusiyanın əməkdar incəsənət xadimi Kobzon İ.D. – Ukraynanın və SSRİ-nin xalq artisti Kosarik V.K. – ehtiyatda olan general-leytenant Lanovoy V.S. – SSRİ xalq artisti Lisovskiy S.A. – “Cəmiyyət və ekologiya” qəzetinin baş redaktoru Lunev N.S. – Moskvada yerləşən “Donbaslı yerlilərin” Regional İctimai Təşkilatın prezidenti, Donetsk vilayəti və şəhərinin fəxri vətəndaşı Lyax N.İ. – Moskvada yerləşən “Ukrayna həmyerliləri Şurası” Regional İctimai Təşkilatının sədri, Rusiya Federasiyasının I dərəcəli dövlət məsləhətçisi Miansarova T.Q. – USSR-in əməkdar artisti, Rusiyanın xalq artisti Mixaylov V.A. – Rusiya Federasiyası Prezidenti yanında beynəlxalq məsələlər üzrə Rəyasət Şurasının üzvü Çelombitko N.İ. – Luqansk vilayətinin Moskvadakı ictimai təmsilçiliyinin sədri - See more at: http://axar.az//news/9608#sthash.ZInmbqJ1.dpuf