Mədəniyyyət (24-08-2017, 10:21)
Xalq artisti insult keçirdi
Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.
Mediatv.az pressclub.az-a istinadən bildirir ki, o, bu il may ayının 18-də yüngül insult keçirib.
“İki aydan çoxdur ki, müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacağam”.
Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: “Hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm”.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Xalq artisti “Pərvanələrin rəqsi” serialında oynadığı qayınana obrazı ilə daha da populyarlıq qazanıb.