Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Bu gün, 09:30)
Milli Kitabxananada “27 sentyabr - Anım Günü” adlı virtual sərgi təşkil edilib.

 
Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə hər il Anım Günü kimi qeyd edilir.
 Anım Gününün qeyd olunması 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür.
Mediatv.az xəbər verir ki, Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə  “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Zəfər salnaməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025