Sosial (7-03-2025, 11:20)
Milli Kitabxanada “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi və eyniadlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Əlamətdar tarixi günlərdən biri olan 8 Mart - Beynəlxalq Qadınlar Günü iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Bu əlamətdar tarixi gün ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.
Virtual sərgidə Azərbaycan qadının idarəsi və mərdliyi, saflığı və sədaqəti, cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna xidmətləri, gender bərabərliyi və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Azərbaycanda qadın məsələsi: tarix və müasirlik XIX əsrin sonu -XX əsrin əvvəli, Heydər Əliyev və Azərbaycanda qadın siyasəti, Tarixə adını yazan Azərbaycan qadınları, Azərbaycan dövlətçiliyində qadınların rolu, qadın problemləri, Dünya qadın həmrəyliyi və s. müvzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və sair ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025