Mədəniyyyət (Dünən, 12:15)
Milli Kitabxanada “10 mart - Milli Tеatr Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada bu gün münasibətilə “10 mart - Milli Tеatr Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgidə “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” sərəncam, Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yolu, peşəkar milli teatrının yaradılması, Teatr ensiklopediyaları, Teatr antologiyaları, ayrı-ayrı şəhərlərimizdəki sənət ocaqlarının fəaliyyəti və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, kitablar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub.
Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
10 03 2025
10 03 2025
10 03 2025