Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Bu gün, 09:00)
Milli Kitabxanada “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

 Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilib.
Qərarın qəbul edilməsi Azərbaycan xalqının milli sərvəti olan muğamın artıq bəşəri musiqiyə çevrildiyini təsdiqləyir. Bu tarix muğamsevərlər, habelə ömrünü bu qədim sənətin yaşadılmasına və təbliğinə həsr edənlər üçün xüsusi əhəmiyyət daşıyır.
Qoca Şərqin ən qədim musiqi janrlarından olan muğam əsrlər boyu tədqiqatçıların diqqətini cəlb edib və bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm obyekt kimi dəyərləndirilir. Azərbaycan xalqının qədim irsi sayılan muğam tarixən enişli-yoxuşlu mərhələlərdən keçsə də, nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb.
Müstəqillik dövründə muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında mühüm rol oynayır.
Milli Kitabxanada bu əlamətdar gün münasibətlə “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, dövri mətbuat materialları, kitablar tam mətnləri ilə təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm  linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Azərbaycan muğam dəstgahının tarixi kökləri, muğamların təsnifatı, inkişaf mərhələləri, instrumental muğamlar və onların ifaçılıq nəziyyətləri, Azərbaycanın musiqi xəzinəsi, Qarabağ xanəndəlik məktəbi və tanınmış xanəndələr, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgilərin əsas məqsədi Azərbaycan muğam sənətinin zəngin irsini təbliğ etmək, gənc nəslin bu qədim sənət haqqında daha geniş məlumat əldə etməsinə şərait yaratmaq və milli musiqimizin dünyada tanıdılmasına töhfə verməkdir.шаблоны для dle 11.2

Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025