Mədəniyyyət (Bu gün, 13:08)
Adil Kərimli bir dön, Səngəçal Mədəniyyət Evinə də bax:“Gözdən uzaq, könüldən iraq düşüb”...
Qaradağ rayonu Səngəçal qəsəbə Mədəniyyət Evi ilə bağlı ziddəyyətli məlumatlar dolanır...
Redaksiyamıza daxil olan məlumata görə, adıçəkilən qurumda hazırda cəmi 4 nəfər çalışır: direktor Fəridə Babayeva, onun həm köməkçisi, həm də qeyri-rəsmi mühasibi Sevda xanım (qəsəbədə Sveta kimi tanınır), eləcə də iki xadimə. Amma Yenixeber.org-a daxil olan məlumata görə bu qurumun əsas fəaliyyəti mədəni tədbirlər deyil, iş vədi ilə şəxsi maraqlara xidmətdir...
İddialara görə, direktor Fəridə Babayeva qəsəbədə ən azı 5-6 nəfərə 3000-5000 "işarəlik razılaşma" ilə Mədəniyyət Evində “işə düzəltmək” vədi verib. Lakin vədlərin çoxu havada qalıb, bəzi şəxslər "razılaşma"dan razılıqla ayrılsalar da, bir çoxu hələ də vurnuxmaqdadır.
Əldə etdiyimiz məlumatda qeyd olunur ki, direktor "qara işlər"i bilavasitə köməkçisi Sevda xanıma həvalə edir, özü isə "bu razılaşmalar"dan yayınmağa çalışır. Maraqlı məqam budur ki, direktor köməkçisini inandırıb ki, yaxın vaxtlarda öz yerinə onu, təyin etdirəcək.
Bu isə vədlərin yalnız yerli deyil, həm də daha yuxarı dairələrlə əlaqəli olduğu ehtimalını doğurur.
İddialar daha da irəliləyir: Direktor Babayevanın Bakı Şəhər Mədəniyyət Baş İdarəsində “krışası” olduğu və qeyd etdiyimiz "razılaşmalar"ı həmin şəxslərlə bölüşdüyü bildirilir. Həmin “krışa”nın kimliyi redaksiyamıza məlum olsa da, hələlik açıqlamağı uyğun bilmirik.Bu istiqamətdə gərəkən araşdırmalarda qərarlıyıq.
Digər diqqətçəkən fakt isə isə budur ki, Mədəniyyət evinin qapısı daim qapalıdır. Məlumata görə, adı mədəniyyət olan evdə heç bir tədbir keçirilmir, direktor isə ayda bir dəfə belə işə gəlmir. Bəs bu müəssisə kimə və nəyə xidmət edir? Aylarla fəaliyyətsiz qalan bir “mədəniyyət ocağı” sadəcə “kassaya” çevrilibsə, bu, artıq təkcə ictimai maraq doğuracaq etik yox, hüquqi məsələdir.
Elə məsələni aktuallaşdıran bu səbəblərdən də, qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazımız olacaq...
