Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (14-12-2022, 18:46)
Ağdaşda Mədəniyyət evi bərbad vəziyyətə düşüb

 
Ağdaş rayonunun Aşağı Ləki kənd Mədəniyyət evinin binası bərbad vəziyyətə düşüb.

"Mediatv.az" bildirir ki, bu barədə "Report"un Yuxarı Şirvan bürosuna kənd sakinləri deyiblər.

Sakinlərin sözlərinə görə, ötən əsrin ortalarında istifadəyə verilən mədəniyyət ocağı artıq uzun illərdir fəaliyyət göstərmir. Aşağı Ləkidin yaşlı sakinləri Mədəniyyət evinin fəaliyyəti haqqında məlumatlı olsalar da, gənc nəsil bu binanın nə məqsədlə inşa edildiyindən və burada hansı tədbirlərin keçirildiyindən xəbərsizdirlər.

Çünki bina bərbad vəziyyətdə olduğu üçün uzun illərdirdir ki, burada heç bir tədbir keçirilmir. Sakinlər isə binanın əsaslı təmir olunaraq kənd camaatının istifadəsinə verilməsini istəyirlər:

"Bizim kəndimiz tamaşalar, konsertlər və ümumilikdə, mədəni-maarif tədbirlərindən demək olar ki, uzaq düşüb. Aşağı Ləki kəndində ən son tamaşa 20-ci əsrin sonlarında səhnəyə qoyulub. Hazırda Mədəniyyət evi tamamilə yararsızdır, bina funksiyasını itirib. Binada təmir-bərpa işləri həyata keçirilərsə, Mədəniyyət evində yenidən canlanmalar yaranar".

Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsindən isə "Report"un yerli bürosuna bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Aşağı Ləki kənd Mədəniyyət evinin yerləşdiyi bina kənd Bələdiyyəsinin balansındadır.

Həmçinin qeyd edilib ki, Mədəniyyət Nazirliyində aparılan islahatlara əsasən mədəniyyət müəssisələrinin optimallaşdırılması nəzərdə tutulub: "Optimallaşdırma prosesinin əsas məqsədi yaxın ərazidə yerləşən bir neçə mədəniyyət müəssisələrinin birləşdirilərək daha əlverişli binalarda fəaliyyət göstərilməsi və təqdim edilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir".

Məlumatda vurğulanıb ki, sözügedən mədəniyyət müəssisəsinin binasında vəziyyət qeyri-qənaətbəxş olduğu üçün yaxın ərazidə yerləşən digər mədəniyyət müəssisəsi ilə birləşdirilməsi nəzərdə tutulub.

Qeyd edəki ki, hazırda sözügedən inzibati binada 3 qurum yerləşir: kənd bələdiyyəsi, icra nümayəndəliyi və mədəniyyət evi.
 


   
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024