Karusel (28-09-2022, 19:32)
6 SAYLI UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ QANUNSUZLUQ BAŞ ALIB GEDİR
Bakıdakı 6 saylı uşaq musiqi məktəbinə Sevda Rəhimova direktor gələndən bəri təhsil ocağında qanunsuzluq baş alıb gedir.
Mötəbər mənbədən GundemXeber.Az-a verilən məlumatda və aidiyyəti qurumlara edilən şikayətlərdə göstərilir ki, Sevda Rəhimova müəssisə daxilində öz qanunlarını tətbiq edir. Şikayətdə onun məktəbi rüşvətxanaya çevirdiyi, müəllimlərə əl qaldırdığı, yoxsul uşaqları alçaltdığı deyilir.
Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisinə arxalandığını deyən Rəhimova heç kimdən qorxmadığını söyləyir. Şikayətlərdə göstərilir ki, musiqi məktəbinin direktoru məktəbi rüşvətxanaya çevirib, müəllimlərə əl qaldırır, döyür, kasıb uşaqları alçaldır. Onun bu qanunsuz əməllərilə bağlı məktəb kollektivi və şagirdlərdən bir çoxunun valideynləri Yasamal Rayon İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə, Bakı Şəhər Mədəniyyət İdarəsinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmən müraciət ediblər. Lakin bu günə qədər həmin müraciətə baxılmır.
Şikayətdə bildirilir ki, bu xanım Fond pulu adı ilə hər ay tabeliyində olan şəxslərdən pul yığır və bunu məcburi qaydaya çevirib.
Başqa bir tərəfdən, direktorun məktəbdə “ölü canlar” saxladığı bildirilir. Məsələn, bir neçə texniki işçinin adı qeyd olunsa da, özləri ortalıqda yoxdur. İki xadimə olmalıdır, ancaq işə cəmi bir nəfər çıxır. Kağız üzərində bir qapıçı, kitabxanaçı, bir mühafizəçi ştatı var. Lakin onlara verilməli olan pulların təyinatına Sevda xanım qərar verir.
Sevda xanım normativ qayda, təlimat, qayda-qanun, qanunvericiliyi vecinə almayaraq, dərs bölgüsünü də öz marağına uyğun aparır. Kim “görüm-baxım” edirsə, kim qabağında əyilirsə, kim söz götürürsə, kim tapşırılırsa, onların da tədris saatları müvafiq olaraq artırılır.
Gülnarə xanım adlı bir müəllimə dərs bölgüsünə etirazını bildirdikdə, direktor onun cavabını qolunu çimdikləməklə verib. Gülnarə müəllimə də Prezident başda olmaqla bütün ali instansiyalara yazılı şikayət edib. Amma bunun da Sevda Rəhimovaya heç bir təsiri olmayıb.
Musiqi məktəbinin direktoru habelə təhsil alan imkansız şagirdləri, kasıb uşaqları aşağılamaq, onlara yuxarıdan aşağı baxmaq yolunu tutub. Rusdilli olduğuna görə məktəb daxilində bu dilə və bu dildə danışanlara üstünlük verir. Dövlət dilimiz-Azərbaycan dili onun üçün ikinci yerdə gəlir. Əsasən də rayon camaatına ikrah hissi ilə yanaşır. Bütün bu əməllərdə Sevda Rəhimovanın sağ əli, vuran əli Həmkarlar Komitəsinin sədri Raminə Ağayevadır. Onunla birlikdə həmkarlar xətti ilə daxil olunan vəsaiti də mənimsəyirlər.
Şikayətdə deyilir ki, sentyabrın 23-də məktəbdə şöbənin iclası olur. Ondan dərhal sonra Sevda müəllimə hamını zala yığır. Onda məlum oldu ki, bu hazırlanmış ssenari idi. Araşdırma aparmağa gələn Bakı Şəhər Mədəniyyət İdarəsinin 1-ci müavini Nazim müəllim, köməkçiləri Mehriban xanım və hüquqşünas Fəxriyyə xanım gələrək hazırladıqları ssenari üzrə direktorun şagirdləri, müəlimləri, valideynləri təhqir etməsinə “boş verin getsin, bir də etməz”, “ölü canlı” işçi və tələbələrin bir də olmayacağını, 7 müəllimin durub üzünə onlardan məcburən fond pul yığdığını deməsinə “bir də etməz” deməklə qanunsuzluqları ört-basdır etməyə çalışdılar. Yəni Direktor Mədəniyyət İdarəsi rəisinin onun arxasında durduğunu deyir. 5 manat fond puluna görə 189 saylı məktəbin nazir bacısı olan direktoru 8 ay əvvəl işdən azad edilib. Bəs 6 saylı musiqi məktəbdəki qanunsuzluğa niyə göz yumurlar?
Qarşı tərəfin mövqeyini də verməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024