Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (2-06-2025, 12:46)
Azərbaycan Milli Kitabxanasının direktoru Gürcüstan Milli Kitabxanasında olub

 XXVII Tbilisi Beynəlxalq Kitab Festivalı çərçivəsində, mayın 30-da Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Gürcüstan  Milli Kitabxanasında olub. O, Gürcüstan Milli Kitabxanasının direktoru Konstantin Qamsaxurduya ilə görüşüb.
Konstantin Qamsaxurduya Gürcüstan Milli Kitabxanasında Azərbaycanla bağlı qiymətli kitabların olduğunu bildirib.
Mediatv.az xəbər verir ki, Direktor Kərim Tahirov isə iki  ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, kitablar ölkələr arasında ən yaxşı körpüdür: “Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da tanıdır. İnsanlarımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”.
Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Kitabxanası  arasında mövcud Memoranduma əsasən, iki ölkənin Milli Kitabxanalarının qarşılıqlı əməkdaşlıq fəaliyyəti, kitabxana arxivlərinin zənginləşdirilməsi məqsədilə nadir kitabların və əlyazmaların tədqiqi, kitab sərgilərinin təşkili, beynəlxalq kitab mübadiləsinin inkişafı və kitabxana elminin bütün sahələrində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, treninq kursları, seminarlar, elmi konfranslar və simpoziumların keçirilməsi müzakirə olunub.
Görüşün sonunda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Konstantin Qamsaxurduyaya öz təşəkkürünü bildirib və Gürcüstan Milli Kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
3 06 2025
3 06 2025
3 06 2025
3 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025