Mədəniyyyət (Dünən, 15:21)
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb-FOTOLAR

XXVII Tbilisi Beynəlxalq Kitab Festivalı çərçivəsində, mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub.
Guşə qarşılıqlı razılaşmaya əsasən Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlığın inkişafı məqsədilə açılıb.
Mediatv.az xəbər verir ki, Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstan Milli Kitabxanasının rəhbəri Konstantin Qamsaxursiya, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, ictimaiyyətinin tanınmış nümayəndələri, ziyalılar, yazıçılar, eləcə də soydaşlarımız iştirak ediblər.
Konstantin Qamsaxurduya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan mədəni əlaqələri dərin köklərə malikdir. Bu gün Gürcüstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılması iki ölkə arasında dostluğun və mənəvi bağların gücləndirilməsinə xidmət edəcək.
Səfir Faiq Quliyev çıxışında bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrin, elm sahəsində araşdırma aparan insanlar üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, “Azərbaycan ədəbiyyatı guşəsi” daim yeniləcək və yeni kitablarla zənginləşdiriləcək.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında “Gürcüstan ədəbiyyatı guşəsi” 2019-cu ildən fəaliyyət göstərir. Qeyd olunub ki, bu kimi təşəbbüslər xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. “Azərbaycan ədəbiyyatı guşəsi”ndə ölkəmizə dair 200-dən artıq nəşr nümunəsi təqdim olunur və guşə davamlı olaraq yeni ədəbiyyatlarla zənginləşdiriləcək. Son iki il ərzində xaricdə yaradılan 6-cı daimi “Azərbaycan ədəbiyyatı guşəsi”dir və bu istiqamətdə işlər davam etdiriləcək”,-deyə K.Tahirov əlavə edib.
Tədbirdə Mədəniyyət nazirin müşaviri Orxan Fikrətoğlu, Gürcüstan dövləti mükafatı laureatı, şair-tərcüməçi İmir Məmmədli və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən söhbət açıblar.




Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025