Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Dünən, 22:45)
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub-FOTOLAR

 

15 mart tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun prezidenti cənab Saad Xan Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Qonaqları salamlayan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycan Milli Kitabxanası ilə əlaqələrindən bəhs edib.  İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin Milli Kitabxanaları Şurası çərçivəsində birgə fəaliyyətdən söz açaraq görülən işlərdən danışan direktor eyni zamanda Azərbaycan və Pakistanın milli kitabxanaları arasındakı qarşılıqlı əməkdaşlıqdan bəhs edib. 2023-cü ildə qardaş Pakistanın Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etdiyini, iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalandığını və son iki ildə Pakistan Milli Kitabxanasına 85 nüsxə Azərbaycanın tarixinə, mədəniyyətinə və Tarixi Zəfərimizə dair kitabın göndərildiyi söyləyib. Ölkəmizin ən zəngin kitabxanası haqqında qonaqlara  məlumat verən direktor Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında bir sıra dünya ölkələrin ədəbiyyat guşələrinin olduğunu və gələcəkdə burada “Pakistan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluq duyacağını vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun prezidenti cənab Saad Xan  görüş üçün təşəkkür edib və bu institutun 2007-ci ildə yaradıldığını və 6 üzvü olduğunu söyləyib. Hal-hazırda 10 üzvü olan təşkilata son iki ildə Azərbaycan Respublikasının sədirlik etdiyini və bu illər ərzində təşkilati fəaliyyətinin həddindən artıq genişləndiyi vurğulayıb. Pakistan əhalisinin  Azərbaycan xalqı haqqında xoş fikirdə olduğunu söyləyən prezident cənab Saad Xan bu görüşün iki ölkə və onların milli  kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsində və güclənməsində mühüm rol oynayacağını vurğulayıb.
Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Qarabağ -Yeni sətirdən”, “The book of kings” kitablarını və Azərbaycan xəritəsini qonaqlara hədiyyə edib. İƏT-nın Mədəniyyət İnstitutunun prezidenti isə “ECO Heritage” və “ECO Cultural İnstitite Annual Report-2024” jurnallarını Milli Kitabxananın fonduna bağışlayıb.
 шаблоны для dle 11.2

Xəbər lenti
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
15 03 2025
14 03 2025
14 03 2025