Mədəniyyyət (26-09-2024, 09:37)
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub-FOTOLAR
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı konsert, tədbir və təqdimatlarla davam edir.
Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar.
İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva tərəfindən guşənin açılışını bildirən rəmzi lent kəsilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi" haqqında məlumat verib. Qeyd edib ki, guşədə Azərbaycanın bugünkü uğurlarına dair, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə, ölkəmizin müasir inkişafına dair nəşrlər, eyni zamanda tariximiz mədəniyyət və ədəbiyyatımızla bağlı kitablar təqdim edilir. Daimi guşədə ümumilikdə 250-dən çox kitab nümayiş olunur.
Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında "Qazaxıstan ədəbiyyatı guşəsi" 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.
Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva Azərbaycan Milli Kitabxanası ilə 2003-cü ildən əməkdaşlıq etdiklərini söyləyib. O, bundan sonra da iki kitabxana arasında əməkdaşlığın inkişaf edəcəyini deyib.
Digər çıxış edənlər iki kitabxana arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, Qazaxıstan kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılmasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair, esseist Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim olunub.
Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və "Azərbaycan ədəbiyyatı guşəsi"ndə yer alan nəşrlərlə tanış olublar
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024