Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-04-2017, 17:25)
Beynəlxalq Bankın baş direktoru ifadə verdi - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:  Proses hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əsgər Məmmədov ifadə verib.

O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Ə. Quliyev Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışdığını, kreditlərin bank rəhbərliyinin göstərişi ilə ayrıldığını deyib:

"Dünyamin Xəlilovun şirkətlərinə kredit ayrılmasına Emin Mustafayev göstəriş verib. Beynəlxalq Bankın xaricdə olan layihələri barədə isə məlumatsızam. Mən bundan sonra xəbər tutdum".

Şahid qismində ifadə verən Fuad İslamov qeyd edib ki, hazırda Beynəlxalq Bankın baş direktoru vəzifəsində çalışır:

"Mən o vaxt bankda kredit komitəsinin üzvü idim və komitənin qərarlarına imza atırdım. Həmin vaxt qanunsuzluq etdiyimizi bilmirdik. Kredit Komitəsinin sədri Emin Mustafayev sənədləri hazırlayıb, bizə göndərirdi və biz də imza atırdıq. Kredit Komitəsinin sədri bizə deyirdi ki, tapşırıq gəlib və buna imza atılmalıdır. Göstəriş İdarə Heyətinin sədri tərəfindən verilirdi. Verilən hər bir kredit hansısa layihələrə əsaslanırdı. 2012-ci ildə Dünyamin Xəlilova məxsus şirkətlərə ümumilikdə 4 milyona yaxın kredit verilməsi ilə bağlı kredit komitəsinin qərarlarını imzalamışam".

Digər şahid Viktoriya Xəlilova bildirib ki, Dünyamin Xəlilova məxsus şirkətlərdə baş mühasib vəzifəsində çalışdığını, sənədləri D. Xəlilovun göstərişi ilə hazırladığını bildirib.

Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək(APA).

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024