Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (30-03-2017, 20:15)
ABB sədrinin müşaviri Cahangir Hacıyevi “vurdu” – Sabiq deputatın məhkəməsində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən dan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:  APA-nın xəbərinə görə, proses hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. 

Şahid Nizami Həmidov ifadəsində bildirib ki, "İntertekstil" şirkətində mexanik vəzifəsində çalışır. Onun sözlərinə görə, şirkət rəhbərliyinin göstərişi ilə öz adına 200 min manat kredit götürüb. N. Həmidov götürülən krediti onun adına başqa adamın aldığını deyib. 

Şahid Akif Əliyev deyib ki, “Beynəlxalq Bank”ın İdarə Heyətinin üzvü vəzifəsində çalışır. O qeyd edib ki, bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışarkən bank rəhbərliyi Dünyamin Xəlilova ayrılan kreditlərə razılıq verməsinə göstəriş verib: "Bu göstərişi birbaşa Cahangir Hacıyev verib. Onunla razılaşdırıldıqdan sonra Dünyamin Xəlilova kredit verlib".

Sonra şahid qismində “Beynəlxalq Bank”ın İdarə Heyəti sədrinin müşaviri Emin Mustafayev ifadə verib.

O bildirib ki, Cahangir Hacıyevin göstərişi ilə kreditlərin ayrılması ilə bağlı sənədlərə imza atıb. O əlavə edib ki, kreditlər fiziki şəxslərin adına rəsmiləşdirilsə də, özlərinə verilməyib: "Bu, qanun pozuntusu idi. Amma biz Cahangir Hacıyevin göstərişini icra etməli idik. Cahangir Hacıyevin göstərişi ilə şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi". 

Daha sonra C. Hacıyevlə birlikdə həbs edilən, lakin sonradan şərti cəza ilə azadlığa buraxılan “Beynəlxalq Bank”ın Mərkəzi Filialının sabiq müdiri İlqar Abdullayevifadə verib.

Onun sözlərinə görə, "İntertekstil" şirkətinin işçilərinə kreditin verilməsi haqqında Emin Mustafayev göstəriş verib: "Bir neçə nəfərə 200 min manatlıq kredit verilib. Bu kreditlər bağlanmamış borcların ödənilməsinə yönəlib". 

Şahid qismində ifadə verən Anar Sultanov isə bildirib ki, filial müdiri olaraq 5 min manata qədər kredit ayrılmasına qərar vermək səlahiyyəti olub. O qeyd edib ki, bundan yüksək məbləğdə kreditlərin ayrılması Kredit Komitəsinin qərarı ilə reallaşıb. 

Məhkəmə prosesi aprelin 6-da davam etdiriləcək. 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024