Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (5-04-2017, 20:14)
“Səni MTN-in əlindən xilas edəcəm” deyib 85 min aldı – MƏHKƏMƏ

 

70d23b5ebc8cc236db0f882f0dff9e59

Şirkət rəhbərini MTN-nin əlindən qurtaracağı adı ilə dələduzluq edən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Mediatv.az:   Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

Dövlət ittihamçısı Namiq Quliyevin gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq etdiyini bildirib. Akif Çovdarov və adamları A.Həsənovu müflis edərkən, hədə-qorxu gələrkən Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. A.Həsənov bu məqsədlə də ona 87 min dollar verdiyini bildirib.

İttihama münasibət bildiriən Namiq Quliyev özünü təqsirli bilib. Bildirib ki, pulu MTN-dəki məsələlərin həlli üçün yox, iş qurmaq adı ilə alıb.

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənov qeyd edib ki, Namiqi MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə tanıyıb: “O, bütün tanınmış şəxslərin adından istifadə edirdi. Guya həmin şəxslərin vasitəsi ilə bizim şirkətə iş tapacaqdılar. Namiqin adından istifadə etdiyi vəzifəli şəxslərdən biri bizim ofisə gəldi. O, bizdən pulu həmin adama vermək adı ilə almışdı. Həmin vəzifəli şəxs bizim ofisə gələndə Namiq onu tanımadı. Məlum oldu ki, Namiq yalandan başqalarının adından vəd verirmiş”.

İfadəsinə davam edən iş adamı qeyd edib ki, MTN əməkdaşları onlardan aylıq pul tələb edib: “Hər ay onlara haqq çatdırdığım üçün borca düşdüm”.

Prosesdə zərərçəkmiş şəxsin oğlu Həsən Həsənov ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsin atasından pul aldığını bildirib: “MTN işinin həlli üçün 87 min dollar pul alıb. MTN-lə problemlərimiz olan zaman Namiq dedi ki, qardaşı prokurordur və bu işi həll edəcək.

Yalnız o, verdiyi vədə əməl etmədi. Həmçinin MTN-də 8 gün Akif Əliyev və cinayətkar dəstənin digər üzvləri tərəfindən saxlanmışam”.

Təqsirləndirilən şəxs isə yenidən bildirib ki, 85 min manat pulu iş qurmaq məqsədilə alıb: “Orda MTN söhbəti olmayıb”.

Həsən Həsənov isə təqsirləndirilən şəxsin yalan danışdığını deyib: “Namiqgil Zirəyə gedib bizim əmlakımıza baxdılar. Təkid edirdilər ki, əmlakı banka girov qoyub pul götürək. Bu məbləği verəndən sonra bizə kömək edəcəkdilər. Əlizamin də mənə deyirdi ki, pulu verməsəm, Akif Əliyev səni tutacaq”.

Məhkəmə prosesi aprelin 10-da davam edəcək.

Qeyd edək ki, Namiq Quliyev Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.

İş üzrə zərərçəkən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənov həm də Akif Çovdarov və dəstəsinin işi üzrə zərərçəkən şəxa qismində tanınıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024