Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (31-03-2017, 17:16)
MTN-nin istintaq şöbəsinin rəisinin məhkəmə prosesində qalmaqal

mtn-1.jpg

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediatv.az:  Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmişlərin prezident İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanladıqları müraciətlə bağlı məhkəməyə məktub daxil olduğunu bildirilib.

 Hakim deyib ki, həmin məktub məhkəməyə Ali Məhkəmədən daxil olub. Hakim qeyd edib ki, zərərçəkmişlər müracətlərində  MTN-in baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və “Texnikabank”ın rəhbəri Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilnməsinə göstəriş verilməsini xahiş ediblər: “Həmin məktubun surəti məhkəməyə göndərilib. Məktubda qeyd olunanların araşdırılmasını istəyirlər. Biz də həmin məktubları cinayət işinə əlavə edirik və məhkəmə iclasında araşdırılacağı barədə qərar qəbul edirik”.

Daha sonra hakim bildirib ki, zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə şahid Rövşən Hüseynov məhkəməyə teleqram vurub. O, Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, işi ilə bağlı məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləndiyini bildirib.

 Hakim onun istintaqa ifadəsinin elan edilməsini istəyib. Amma Vüsal Ələkbərov buna etiraz edib: "Yeganə olaraq bu şahid mənim xeyrimə ifadə verib. Onun məhkəməyə çağırlmasının, burada ifadə verməsini istəyirəm. Bu şəxs müstıntiqdir, Akif Qyrbanovun işini aparıb. Çox həqiqəti deyə biləcək. Bu şahidin ifadəsi elan edilsə, digər müstəntiqlər də məhkəməyə gəlməyəcəklər.

Akif Qurbanovun epizodu dövlətin mənafeyinə xələl gətirən bir məsələdir. Bununla bağlı müstəntiq Rövşən Hüseynova suallarım var".

Hakim bildirib ki, təqsirləndirilən şəxsin dediklərinin işə heç bir adiyyatı yoxdur. Hakim ifadəni elan etmək istəyən zaman Vüsal Ələkbərov "Tələsmə" deyə hakimə müraciət edib. Hakim isə tələsmədiyini, obyektiv məhkəmə araşdırması apardığını deyib.

Təqsirləndirilən polkovnik hakimə belə cavab verib: "Hörmətli hakim, burada mənim taleyim həll olunur, tələsmək lazım deyil. Heç mən özüm də tələsmirəm. Məni qarşıda 15 il həbsxana həyatı gözləyir. Məhkəmənin də tələsməməsini istəyirəm".

Vüsal Ələkbərov daha sonra qeyd edib ki, məhkəmə tərəfindən onun vəsatətləri təmin edilməyib: "Yalnız məhkəmə iclaslarının protokolları ilə tanış olmağım barədə verdiyim vəsatət təmin edilib, həmin protokollarla tanışlığa şərait yaradılmayıb. Burada ədalətli məhkəmə araşdırmasının aparılmasını istəyirəm".

Hakim deyib ki, məhkəmə iclaslarının protokolları hazırdlr, təqsirləndirilən şəxs istənilən vaxt həmin protokollarla tanış ola bilər.

Vüsal Ələkbərov həmçinin hakimdən məhkəməyə indiyə kimi təqdim etdiyi ərizə və vəsatətlərin surətini istəyib. Hakim surətlərin ona veriləcəyini deyib.

Sonra Vüsal Ələkbərov barəsində seçlimiş həbs qətimkan tədbirinin alternativ cəza ilə əvəz edilməsi barədə vəsatət verib. Prokuror Vüqar Quliyev bildirib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur: “Zərərçəkmişlərin mövqeyi ortalıqdadır. Onlar hələ digər şəxslərin də məsuliyyətə cəlb edilməsini tələb edirlər. Vəsatət  əsassızdır və təmin edilməməlidir”.

Hakimlər vəsatətin təmin edilməməsi barədə qərarı açıqlayandan sonra Vüsal Ələkbərov prosesə sədrlik edən hakimlərə etiraz verilməsi barədə vəsatət vermək istəyib. Bu zaman hakim deyib ki, prosesə şahid gəlib, onu dindirəndən sonra vəsatət verilə bilər. Bu zaman  Vüsal Ələkbərov hakimlərə etirazını bildirib. O, arxasını hakimlərə çevirərək onun zaldan çıxarılmasını tələb edib. Üzü divara dayanan Vüsal Ələkbərov hakimlərə etirazını belə bildirib: “Vəsatətlərimi təmin etmirsiz, hüquqlarımı pozursuz. Buna görə də prosesə sədrlik edən hakimə etiraz edirəm”.

Mübahisədən sonra hakimlər Vüsal Ələkbərovun hakimlərə şifahi verdiyi etiraz müzakirə olunub. Prokuror bildirib ki, etirazın təmin edilməsi üçün əsas yoxdur. O, xatırladıb ki, etirazın verilməsi yazılı olmalıdır: “Vüsal Ələkbərov həbsxana həyatı yaşayır, onun vəziyyəti başa düşüləndir. Ona görə də şifahi verdiyi etiraz da müzakirə edilə bilər. Amma etirazın verilməsində konkret əsaslar olmalıdır. Vəsatətlərin təmin edilməməsini hakimə etiraz üçün əsas kimi qiymətləndirmək olmaz. Buna görə də etiraz kifayət qədər əsaslandırımayıb. Etirazın baxılmamış saxlanımasını xahiş edirik”.

Müşavirə keçirən hakimlər etirazın əsaslı olmadığı nəticəsinə gəliblər. Sonra Etibar Əliyev ifadə verəmək üçün zala daxil olub. O, bildirib ki,  Vüsal Ələkbərovun zərərçəkmişlərdən rüşvət almasından xəbəri olmayıb: “Zərərçəkmişlərin batmış pulları ilə bağlı mübahisəli məsələ olub. Həmin məsələyə məhkəmələrdə baxılıb və hüquqi qiymətini alıb. Sonra bilmişəm ki, Hüseyn Səfərov, Nizami Kazımov, Namil Rzayevin bankın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovla münasibətləri olub. Zal Yusifov həmin şəxslərin inamını qazanıb və pullarını ələ keçirib.

Zal Yusifov Hüseyn Səfərova deyib ki, gəl birlikdə bank açaq, Hüseyn Səfərov da qohumlarından pulları yığaraq Zal Yusifova verib. Sonradan Zal Yusifov bankın kasasından oğurluq edərək onlara pul verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bunu eşidəndə dərhal işə çıxdım və araşdırma aparandan sonra Zal Yusifovu işindən kənarlaşdırdıq.

Zərərçəkmişlərin pulları bankın balansına otuzdurlmayıb və həmin pullar Zal Yusifov tərəfindən mənimsənilməsini zərərçəkmişlərə izah etdim”. 

Etibar Əliyev qeyd edib ki, zərərçəkmişlərin pulların banka qoyulması, əmanət kitabçaları almaları barədə dedikləri də yalandır. Sonra Etibar Əliyev zərərçəkmiş Hüseyn Səfərovu ittiham edib: “Bu şəxs barəsində olan cinayət işinə xitam verilməsinin əleyhinəyəm. Onun barəsində yenidən cinayət işi başlanması üçün qərardad qəbul edilməsini, həmin qərardadın Baş Prokurorluğa göndərilməsini istəyirəm”.

Bu zaman Hüseyn Səfərovla Etibar Əliyev arasında mübahisə yaranıb. Hakimlər Etibar Əliyevə etirazlarını bildiriblər: “Şahid məhkəmədə ifadə verməlidir, səlahiyyətini aşmamalıdır. Burada zərərçəkmişi ittiham edə bilməzsiz”.

 Suallara cavab verən Etibar Əliyevin MTN-ə rəhbərlik etmiş Eldar Mahmudovla əlbir olması barədə səslənən fikirlərə münasibəti belə olub: “Mən Eldar Mahmudovla necə əlbir ola bilırəm? Mənim özümüm də həbs etmişdilər”.

 Bankın Sumqayıt filialının rəhbəri olmuş Müsənnif Salahovdan hədə-qorxu yolu ilə 600 min manatın alınmasından xəbərsiz olduğunu deyən Etibar Əliyev bildirib ki, həmin dövrdə özü də həbsdə olub. O, digər zərərçəkmiş iş adamı Akif Qurbanovdan 1 milyon manat hədə-qorxu yolu ilə alnması barədə suallara da cavab verib: “Mən Akif Qurbanovla yaxın olmuşam. Həbsdən çıxandan sonra Akif Qurbanovla bu barədə danışmışıq. Akif mənə dedi ki, hansısa toyda Mövlam Şıxəliyevlə rastlaşıb, həmin vaxt Mövlam Şıxəliyevdən məni soruşub. Bu zaman Mövlam Şıxəliyev Akifə kobud cavab verib, məni də təhqir edib.  Akif Qurbanovun dövlət əleyhinə çağırışlar etməsinə inamıram. O, sadə iş adamı olub. Bir də bu dövlətin ərazisində iş görüb, pul qazanır, daha niyə dövlət əleyhinə çağırışlar etsin? Onunla bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Daha sonra Hüseyn Səfərovun bankda sərhəd qoşunlarının 8 milyon manat vəsaitinin batması barədə sualına Etibar Əliyev belə cavab verib: “Bu cəfəngiyyatdır. Sərhəd qoşunlarının bankda ümumiyyətlə pul vəsaiti olmayıb". Hüseyn Səfərov qeyd edib ki, MTN Etibar Əliyevin özünü də pis vəziyyətə salıb, həbsdən çıxması üçün banklardan külli miqdarda pul götürərək, onlara verib, indi də hər ay banklara 250 min manat kredit ödəyir. Etibar Əliyev Hüseyn Səfərovun dediklərini yalan olduğunu deməyib: “Banka krediti mən ödəyirəm, sənə nə dəxli var”.

Daha sonra Vüsal Ələkbərov zərərçəkmiş və şahidlərin ifadələrinin yerində yoxlanması zamanı çəklən fotoların ona verilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və fotoların surətlərinin ona veriləcəyini deyib.

Proses aprelin 7-də davam edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024