Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-02-2017, 20:14)
“Çanaqqala” restoranının sahibi “MTN işi” ilə bağlı ifadə verdi: "Pulu MTN-nin binasının yanına 4 nəfər apardıq"

mtn-1.jpg

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Mediatv.az:  "Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən onun vəkillərindən biri olan Cahangir Cavadova etiraz edib-etməməsi ilə bağlı sual verilib.

V.Ələkbərov vəkilinə etiraz etməyib. Zərərçəkmiş Nizami Kazımovun hüquqşünası isə qeyd edib ki, C.Cavadov təqsirləndirilən V.Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə N.Kazımov həbs olunan zaman C.Cavadov onun müdafiəçisi olub. N.Kazımovun özü də bu faktı təsdiqləyib.

Hakim hazırkı mərhələdə C.Cavadovun məhkəmədə iştirak etmədyini söyləyib.

V.Ələkbərov isə vəkilindən imtina etmədiyini qeyd edib.

Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: "Vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq”.

Daha sonra V.Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.

Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmədə elan olunub ki, prosesə zərərçəkmiş N.Kazımovun epizodu üzrə adı keçən şahidlər gəlib: "Lakin bu iş üzrə adı keçən MTN-nin baş istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb. Şahid, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə əlaqə saxlamışıq, o, məhkəməyə gəlməyəcəyini bildirib. Həbsdə olan Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb”.

Prosesdə zərərçəkmiş N.Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov şahid qismində ifadə verib. O, N.Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olduğunu deyib: "Azərbaycana qayıdandan sonra Nizaminin həbs edildiyini eşitdim. Dedilər ki, banka pul qoyub, buna görə də həbs olunub. Əvvəl buna inanmadım, Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami həbsdən azad edilməsi üçün 2 milyon dollar istədiklərini dedi. Həmçin o, bankda pulu batdığını söylədi. Vüsal Ələkbərova isə ilkin olaraq 1 milyon dollar verildi. Pulu MTN-nin binasının yanına 4 nəfər apardıq. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan gördüm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi”.

Bundan sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. T.Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoylub: “1 milyon dolların toplanması üçün məndə 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları torplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub".

T.Əbdülqasımov bildirib ki, V.Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər: "Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, bizi onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələdilər".

Daha sonra N.Kazımovun kürəkəni Samir Nadirli şahid qismində dindirilib. O, ifadəsində “Texnikabank”a qoyulan depozit puldan, sonra N.Kazımovun həbs edilməsindən danışıb. Şahidin sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib. S.Nadirli həmin vəsaiti V.Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib.

Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024