Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Mediatv.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Kamran Akif oğlunun idarə etdiyi "VAZ-21099" markalı, "10-UG-789" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış, Belarus Respublikası istehsalı olan külli miqdarda aksiz markasız "NZ" siqaretləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.