Aşağı keyfiyyətli alkoqollu içkilərin, tütün məmulatlarının bazara daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə gömrük orqanları tərəfindən mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Mediatv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 78 200 ədəd müxtəlf markalı siqaretlər aşkar edilərək götürülüb.