Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (16-11-2016, 16:34)
Əli Abbasov və müavini İltimas Məmmədov dindirilə bilər – Prokurordan açıqlama

Eli-Vidadi

Vidadi Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı təyin edilib

Mediatv.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda dövlət ittihamçısı Fərid Nağıyev verilən vəsatətlərə münasibət bildirib. O deyib ki, təqsirləndirilən Vidadi Zeynalov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur, vəsatət təmin edilməməlidir: “Vidadi Zeynalovun əmlakları üzərindən həbsin götürülməsinə də ehtiyac yoxdur. Bu adamlar külli miqdarda mənimsəmədə ittiham olunurlar. Burada hələ ki, əmlakların müsadirəsindən söhbət getmir. Bu, yalnız məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra baş verə bilər. Ona görə hesab edirəm ki, indiki halda əmlakın üzərindən həbsin götürülməsi ilə bağlı vəsatət baxılmamış saxlanılsın”.

Prokuror sabiq nazir Əli Abbasov və müavini İltimas Məmmədovun məhkəmədə ifadə verməsi ilə bağlı vəsatətə də münasibət bildirərək, vəsatətin baxılmamış saxlanılmasını istəyib: “Çünki hazırda cinayət işində olan şahidlər dindirilməlidir. Zərurət yaranarsa, adı çəkilən şəxslər əlavə şahid kimi dindirilə bilər. Bu baxımdan hesab edirəm ki, indi bu vəsatət müzakirə edilməməlidir”.
Prokuror təqsirləndirilən digər şəxslər barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı əvəz olunması ilə bağlı vəsatətlərin də təmin olunmamasını istəyib.

Hakimlər Kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərin qaldırdığı vəsatətlər təmin edilməyib.
Cinayət işinin məhkəmə baxışına verilməsi mümkün hesab olunub.
Məhkəmə baxışı noyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024