Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-11-2016, 23:15)
Akif Çovdarovun məhkəməsində sabotaj: proses niyə uzadılır?

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilməli idi.

Mediatv.az:  Saat 15:00-a təyin olunsa da, adəti üzrə, iclasın başlaması xeyli gecikdi. Təxminən saat 16:00-da məlum oldu ki, başda Akif Çovdarov olmaqla təqsirləndirilənlər məhkəməyə gətirilib. Lakin general dünən imtina etdiyi vəkili Kamandar Nəsibovla görüş keçirdiyindən, məhkəmə heyəti zala yalnız saat 16:45-də daxil ola bildi.

 

Köhnələr getməmiş təzə vəkil

İclas başlamazdan öncə Akif Çovdarovun yaxınlarının müqavilə bağladığı yeni vəkil Şahin Rəfiyev müqavilənin surətini prosesə sədrlik edən hakim Həbib Həsənova təqdim etdi.

Xatırladaq ki, dünən keçirilmiş iclasda Akif Çovdarov əvvəlcə müqavilə bağladığı iki vəkilin xidmətlərindən imtina etdiyini bildirmiş və ərizə ilə məhkəmə heyətinə müraciət etmişdi. Lakin müraciətə hələ baxılmadığından “keçmiş” vəkillər də iş başında idilər.

Vəkillər gəlmədi

Buna baxmayaraq, iclasda təqsirləndirilənlərdən ikisinin – Səlim Məmmədovun və Orxan Aslanovun vəkilləri iştirak etmirdi. Səbəb isə onların digər məhkəmə proseslərində müdafiəçi qismində iştirakı göstərildi.

Hər iki təqsirləndirilən vəkilləri olmadan prosesin davam etdirilməsinə etirazlarını bildirdilər.

Hakim Həbib Həsənov bu səbəbdən iclası açıq elan edə bilmədi və kiçik fasilədən sonra prosesin noyabrın 17-də davam etdiriləcəyini elan etdi.

 

Proses niyə uzadılır?

Məhkəmə prosesi hər dəfə bütün vasitələrdən və imkanlardan istifadə etməklə uzadılmaqdadır. Bunun üçün hər cür bəhanələrdən istifadə edilir – cinayət işi ilə tanışlıq yubadılır, vəkillər gəlmir, təqsirləndirilən Akif Çovdarov səhhətinə görə gecikir. Dünənki vəkillərdən imtina, qəbul ediləcəyi təqdirdə, prosesi daha 1-2 ay ləngidə bilər.

Bunun səbəbini demək çətindir. Versiyalardan birinə görə, əli hər şeydən üzülmüş general Çovdarov bu yolla məhkəməyə və zərərçəkənlərə özünün hələ də iradəsinin sınmadığını və prosesi bir növ “idarə etməsi”ni nümayiş etdirir.

Virtualaz.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024