Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (10-01-2024, 19:07)
“Ona “Land Rover”i, əynindəki şalvarı mən almışam”

ona-land-roveri-eynindeki-salvari-men-almisam


Mediatv.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, müttəhim Məlikzadə 2017-ci ildən başlayaraq N saylı hərbi hissədə və TTM-dəki xidməti dövründə hərbçilərin əmək haqlarının ödənilməsini təmin etmək, dövlətin ayırdığı vəsaitin qanunauyğun istifadə etmək, şəxsi heyətin düzgün mükafatlanmasını nəzarətdə saxlamaq, maliyyə təsərrüfatına nəzarət etmək və digər vəzifə səlahiyyətlərinin əksinə olaraq əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayətkar əlaqəyə girərək xüsusilə külli miqdarda mənimsəməyə yol verib.

O, ümumilikdə 9 369 min 411 manat dövlət vəsaitini müəyyən şəxlərin adına açdığı plastik kartlara köçürüb, həmin vəsait də nağdlaşdırılaraq mənimsənilib.

R.Məlikzadə verilmiş ittihama münasibətdə özünü qismən təqsirli bilir. Qismən ona görə ki, mənimsəmə məbləği ilə razılaşmır. Məlikzadə iclasın davamında sərbəst ifadə verib. O, özünün də müəyyən qədər mənimsəməyə yol verdiyini etiraf edib, lakin 9 milyondan çox vəsaitin böyük hissəsini rəhbərliyə verdiyini deyib. Sərbəst ifadənin gedişində məlum olub ki, Məlikzadə rəhbərlik dedikdə Müdafiə nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov eyni idarənin maliyələşmə şöbəsinin sabiq rəisi Nəriman Cabbarovu nəzərdə tutur.

Rafael Xələfov özü də istintaqı aprılan cinayət işi üzrə ittiham edilir. Onun haqda ibtida istintaq davam edir.

Təqsirləndirilən şəxs xidməti dövründə mənimsəmənin hansı formada aparılmasından da danışıb.

“20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənə…”

“N saylı hərbi hissənin maliyyə rəisi işlədiyim 1 il ərzində iki dəfə yoxlama olub. 153 min 600 manat birincidə, 849 min manat ikinci yoxlamada mənimsəmə aşkar edilib.

İlk dəfə Azər Məmmədov hissədə təftiş aparıb, 153 min 600 manat 3 yerə bölünüb. 20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənim özümə qalıb. Təftişin payına düşən 92 min manatı şəxsən Azər Məmmədova vermişəm. Həmin ərəfədə bir maraqlı məqam da oldu. Hərbi-hissədə təftiş gedə-gedə Nazirlikdən inspeksiya yoxlaması gəldi. Elə bil ki, yoxlamanın üstünə yoxlama… Götürüb Rafael Xələfovu yığdım, dedim, bəs bu nə məsələdir? Dedi ki, narahat olma, 15 min manat göndərərsən səni yoxlamayacaqlar. Elə bu danışıqdan biraz sonra yoxlama çəkilib getdi. Söz verdiyim pulu da Xələfova şəxsən verdim. Amma Rafael  ilkin istintaqda birinci üzləşməmizdə 15 mini aldığını etiraf etsə də, sonra inkar etdi. 

Yekun olaraq deyə bilərəm ki, N saylı hərbi hissədə birinci yoxlamada mənimsənilən 153 min 600 manatdan 46 min 620 manat şəxsən özümə qalıb. Qalan vəsait də dediyim kimi bölünüb.  İkinci yoxlama da eyni qaydada bölünüb. Həmin yoxlamada 800 mindən artıq mənimsəmə ortaya çıxıb. Ordan da mənə 209 min 141 manat çatıb. Bu pulları da qəpiyinə kimi ödəməyə hazıram”.

İttihamda göstərilən məbləğin qalan hissəsi isə müttəhimin Təlim və Tədris Mərkəzində işlədiyi dövrə aiddir

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024