Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-10-2023, 15:56)
Heydərovun ortağı keçmiş şirkəti tərəfindən məhkəməyə verildi

 "Az Texnika LTD" MMC iş adamı Mənuçehr Əhədpuru məhkəməyə verib. 

“Azərbaycan Reallığı” xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Maraqlıdır ki, "Az Texnika Ltd" MMC mart ayında da Mənuçehr Əhədpur barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı. Şirkət eyni zamanda iş adamına məxsus "Aztransport-AP" MMC-ni də məhkəməyə vermişdi.

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarət idi. Bu işin nəticəsi haqqında heç bir məlumata rast gəlinmir. 

Məsələnin başqa maraqlı tərəfi isə vaxtilə Mənuçehr Əhədpurun "Az Texnika Ltd" MMC-nin qanuni təmsilçisi olmasıdır. 2014-cü ildə şirkətin qanuni təmsilçisi məhz adıçəkilən iş adamı olub.

"Az Texnika Ltd" MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes subyektlərinin siyahısında rast gəlinir. Yeri gəlmişkən, Mənuçehr Əhədpur Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır. 

Cari ayın əvvəlində yerli media Mənuçehr Əhədpurun Dubayda həbs olunduğu barədə məlumat yayıb. Məlumat qarşı tərəfdən təkzib olunmayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024