Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-06-2023, 21:47)
Nazirin ortağının ölkədən çıxışına “stop” qoyula bilər - TƏFƏRRÜAT

Kəmaləddin Heydərovun ortağının ölkədən çıxışına “stop” qoyula bilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "AZ AE” MMC barəsində xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib.

Mediatv.az  Qaynarinfo-ya istinadla xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İyulun 3-nə məhkəmə baxış iclası təyin edilib.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan ibarətdir.

"AZ AE” MMC 29 noyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 264 025 AZN-dir. Şirkətin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.

Məniçöh Əhədpur Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamıdır. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.

Təsadüfi deyil ki, "AZ AE” MMC-nin adına Kəmaləddin Heydərova məxsus şirkətlərin siyahısındarast gəlinir. Məniçöhr Xangahın qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Həmin şirkətləri təqdim edirik:

"AZ MED M” MMC
"AZ UNİVERSAL” MOTORS MMC
"DOMİNO S” MMC
"AZ AQRO SƏNAYE” MMC
"AZ TRAİLERS CO” MMC
"AZFRUİTTİ CO” MMC
"AZ EDU LTD” MMC
"AZ TRANSPORT-A” MMC
"AHAD PARFUMERY” MMC
"SEMA” MMC
"AZ DUROCEM” MMC
"AZ TECHNOLOGY” MMC

Mediada Kəmaləddin Heydərovun biznesi barədə dərc edilə araşdırma materiallarında bu şirkətlərin nazirə məxsus olduğu iddia edilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024