Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (16-05-2022, 12:05)
"Direktorlar nəticələri zəif olan şagirdləri məcburi məktəbdən çıxardır" - ETİRAZ

 Bakı və bölgələrdə buraxılış imtahanında nəticələri zəif olan 9-cu sinif şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırılır və peşə təhsilinə yönəldilir.
Mediatv.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, valideynlər tərəfindən edilən şikayətlərdə direktorların bunu Təhsil Nazirliyinin diktəsi ilə etdikləri deyilir:

“Təəsüflər olsun ki, bir neçə ildir xoşagəlməz tendensiya yaşanır. Orta ümumtəhsil məktəblərində 9-cu sinfi bitərəndən sonra məktəb direktorları təhsil göstəriciləri zəif olan şagirdlərin 10-cu və 11-ci siniflərə keçməsi ilə bağlı ciddi problem yaradırlar. “Təhsil haqqında” Qanuna və Konstitusiyaya görə Azərbaycanda təhsil icbaridir və icbari təhsil 9 illikdir. 10-cu və 11-ci siniflərə getmək isə şagirdlərin könüllü seçimidir. Aprel ayında keçirilən buraxılış imtahanında zəif nəticə göstərən 9-cu sinif şagirdlərinə məktəb direktorları deyir ki, “sənədlərinizi götürün və bundan sonra təhsilinizi davam etdirməyəcəksiniz”.
Bu addımın atılmasına bir neçə səbəb göstərilir: Birincisi deyirlər ki, Təhsil Nazirliyi nəticələri zəif olan uşaqların peşə təhsilinə yönəldilməsini deyib. Görüntü baxımından yaxşıdır, insanların heç də hamısı ali təhsilli olmalı deyil və son illər peşə təhsilinin inkişafı istiqamətində gözəl işlər görülüb. Lakin bu, insanların təhsil almaq hüququnu tapdalayaraq edilməməlidir. Birmənalı olaraq orta ümumtəhsil mətkəblərində şagirdlər təhsillərini istəklərinə görə davam etdirməlidirlər.

İkinci tərəfdən bir neçə məktəb qeyd edir ki, onlarda təmayül siniflər var. Buraxılış imtahanındakı zəif nəticələrə görə təmayül siniflərə getmək olmaz. Bununla bağlı qaydalar var, amma bu o demək deyil ki, biz şagirdlərin 10-cu və 11-ci siniflərdə təhsil almaq hüququnu məhdudlaşdırmalıyıq”.

Təhsil eksperti qeyd edib ki, Bakıda və bölgələrdə 11-ci sinif nəticələrini yaxşılaşdırmaq üçün zəif olan şagirdlər kütləvi şəkildə məktəbdən çıxardılır. Bunun düzgün olmadığını vurğulayan ekspert bildirib ki, şagirdin təhsilinin zəif olması 9 il ona keçilən dərsin nəticəsidir.

- Şagird birdən-birə zəif olmadı. Bilikli uşaqlar məktəbin nəticələri deyil, hazırlıq kurslarının və repetitorların əməyinin bəhrəsidir. Bundan əlavə, bütün hallarda zəif uşaqlar 11-ci sinfə qədər təhsil almaq istəyir. O, bəlkə 11-ci sinfin attestatını alıb, xarici ölkəyə təhsil almağa gedəcək. Biz uşaqları mütəmadi olaraq imtahanlara salırıq, KSQ və BSQ-lər yazırlar. Onların bilik və bacarığının nə qədər olduğunu bilirik. Həqiqətən də bundan narahat idinizsə, vaxtında uşaqları məktəbdən çıxardardınız. Buna ona görə getmirsiniz ki, əmək haqqınız azalacaq və maaşda fərq yaranacaq. Amma 10-cu və 11-ci siniflərdə şagird sayının sizə aidiyyatı yoxdur. Heç bir halda direktorlara imkan verilməyib ki, şagidlərin təhsil almaq hüququ məhdudlaşdırılsın. Bu yolverilməzdir, ciddi qüsurdur. Bu hala yol verən məktəb direktorları cəzalandırılmalıdır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024