Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (24-01-2022, 15:40)
Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir

 Azərbaycanda hər il 9-cu sinfi bitirən 6000-dən çox şagird, təhsilini növbəti pillədə, səviyyədə davam etdirmir.
Bu şagirdlərin növbəti təhsil pillərində davam etməməsinin əsas səbəbi nələrdir? 9-cu sinfi bitirən şagirdlərin növbəti pillələrdə təhsilini davam etdirməsi məcburi olmalıdırmı? "Mediatv.az"-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycan Respublikasının Konstitutsiyasının 42-ci maddəsində göstərilir ki, ümumorta təhsil icbaridir. Yəni, dövlət hər bir vətəndaşın icbari təhsil almasını təmin edir və bu, 9-cu sinifə qədər nəzərdə tutulur.

“9-cu sinifdən sonra isə artıq vətəndaş könüllü olaraq, təhsilini növbəti pillədə və səviyyədə davam etdirir. Biz nəzərə alsaq ki, hər il ölkədə 100 mindən artıq məzunumuz ümumorta təhsili bitirir və onun 6 faizinin təhsilini davam etdirməməsi elə də böyük faciə deyil. Təbii ki, hər bir vətndaşımız ali, orta, peşə təhsili alması, həyat və əmək bazarında özünə yer tuta bilməsini istərik. Amma ümumilikdə həmin məzunların 94 faizi artıq növbəti pillədə və səviyyədə təhsilini davam etdirir.

Azərbaycan icbari təhsilin həyata keçirilməsi ilə bağlı dünyanın ən aparıcı ölkələri sırasında ön sıradadır. Bizdə icbari təhsilin həyata keçirilməsi 98 faizdir. Nümunə üçün deyim ki, Türkiyədə bu rəqəm 70 faizdir və icbari təhsil 8 illikdir”.

Təhsil eksperti şagirdlərin 9-cu sinifdən sonra təhsilini davam etdirməməsinin əsas səbəblərini açıqlayıb və bildirib ki, bu regionlarda bəzən tam orta məktəblərin uzaq olması, Bakıda isə məktəb direktorlarının ucbatından baş verir.

“Bu rəqəmlərin faiz nisbətinə baxdıqda görmək olur ki, təhsilini növbəti pillədə davam etdirməyənlər daha çox bölgələrin payına düşür. Lakin Bakının payına düşənlər də var. Regionlarda bəzən bu, tam orta məktəbin digər kənddə olmasından irəli gəlir. Yolun uzuq olması və s. səbəbindən vətəndaşlar təhsillərini növbəti pilləyə daşımaq istəmirlər.

Bakıda isə bunun əsas səbəbi odur ki, bir çox məktəb direktorları sitatistik nəticələrin dalı ilə qaçaraq ümumorta təhsil səviyyəsində nisbətən zəif oxuyanları tam orta təhsil səviyyəsinə qəbul etmirlər. Nəticə etibarı ilə şagirdlər oxumaq istəsələr də, təhsillərini davam etdirə bilmirlər. Biz hər il avqust, sentyabr aylarında bu məsələləri qabardırıq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024