Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-07-2014, 17:50)
AŞPA prezidenti İlqar Məmmədova məktub yazdı

"Sizinlə mütləq görüşməyi düşünürəm"

 

AŞPA prezidenti Ann Brassör həbsdə olan REAL sədri İlqar Məmmədova məktub yazıb.
"Amerikanın səsi"nin xəbərinə görə, Ann Brassör bildirir ki, hazırda Azərbaycanda həbsdə olan vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri kimi İlqar Məmmədovun da qarşılaşdığı vəziyyət ətrafındakı məsələni diqqətlə izləyir. “2014-cü ilin mayında Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında etdiyim çıxışlar, eləcədə də, ən yüksək siyasi səviyyədə ölkə rəhbərliyi ilə görüşlərim zamanı sizin üzləşdiyiniz məsələni dəfələrlə qaldırmışam.
Avropa İnsan Haqları məhkəməsinin həbsinizin qanunsuz hesab edildiyi 22 may 2014-cü il tarixli qərarında sizin həbsinizin və istintaq müddətinin uzadılmasını konvensiyanın pozulması kimi dəyərləndirməsi mənə sizinlə və Azərbaycanda hökuməti tənqid etdiyinə görə oxşar təzyiqlər, hədə-qorxu ilə üzləşən digər vətəndaşlarla bağlı məsələni qaldırmaqda yardımçı oldu. Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq”, - o qeyd edir.
AŞPA prezidenti yazır ki, Parlament Assambleyasının Strasburqda keçirilən iclasında bu məsələni Azərbaycan prezidenti İlham Əliyevin nəzərinə çatdırıb. “Müzakirələr zamanı prezident bu, eləcə də demokratiya, insan hüquqları, qanunun aliliyi prinsipləri, eləcə də gündəmdə olan digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün məni Azərbaycana işgüzar səfərə dəvət etdi. Mən prezidentin bu təklifini qəbul etdim və hazırda bu səfərin reallaşması üçün əlverişli tarix nəzərdən keçirilir”.
Ann Brassör İlqar Məmmədovu əmin edir ki, Azərbaycanda həbsdə olan insan hüquqlarının müdafiəçilərinin azad edilməsi üçün səylərini bundan sonra da davam etdirəcək. “Mən həmçinin həbsxanalarda saxlanılan fəallarla da görüşlər keçirməyi planlaşdırıram və əgər həmin vaxt siz hələ də həbsdə saxlanılacaqsınızsa, mən sizinlə də mütləq görüşməyi düşünürəm”, -o qeyd edib.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlardan sonra fevraslın 4-də həbs edilib.
İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi) maddələri ilə təqsirli bilinib və 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024