Cəmiyyət (26-12-2014, 12:29)
Pərviz Həşimlidən İlham Əliyevə müraciət
Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib
Bu barədə moderator.az-a jurnalistin həyat yoldaşı İlahə Həşimova məlumat verib.
O bildirdi ki, Pərvizlə yanaşı özü və qızı da prezidentə müraciət edir: “5 yaşlı qızımız Zeynəb atasının yoxluğu ilə əlaqədar ciddi psixoloji travmalar keçirir. Bir neçə ay əvvəl qardaşım da qətlə yetirilib. Ailə başçımız da həbsdə olduğu üçün həm maddi, həm də mənəvi durumumuz həddindən artıq ağırdır. İnanırıq ki, prezident Pərvizi əfv edəcək” deyə, İlahə Həşimova bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni ildə veriləcək əfv fərmanı ilə bağlı münasibət bildirərkən demişdi ki, həbsdə olan iki jurnalist - Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər: “Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.
Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi - “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə minib.
“Yeni Müsavat” isə xatırladır ki, dekabrın 24-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə P.Həşimli barəsindəki qərar qüvvədə saxlanıb. İlkin instansiya məhkəməsi - Ağır Cinayətlər Məhkəməsi mayın 25-də P.Həşimli barədə 8 il azadlıqdan məhrum etmə cəzası verib.
“Bizim Yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli isə ittihamları rədd edir.
İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024