Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-09-2021, 10:12)
MEŞƏ MAFİYASI İŞ BAŞINDA...

 





Ekologiya və Yəbii Sərvətlər Nazirliyində qeyd olunan sahədə baş verən qanunsuzluqları dəfələrlə ictimaiyyətə təqdim etməyimizə baxmayaraq, bu sahədə ciddi problemlər qalmaqdadır və hər ötən gün daha da dərinləşir.
ETSN yarıtmaz fəaliyyəti ilə hər il dövlət büdcəsinə yüz milyonlarla ziyan vurur. Ancaq təəssüflər olsun ki ,bu prosesi idarə edənlərə hələ ki, "dur" deyən tapılmır.
Məlumdur ki, hazırki nazir Muxtar Babayev cənablarının sadəlövhlüyündən istifadə edərək xeyli sayda qanunazidd əməllər həyata keçirilir. Bu qanunsuz əməllərin başında cənab nazirin müavinləri və Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov dayanır. Adı çəkilən rəsmilərin Nazirliyin Mərkəzi Aparatına verdiyi "saxta məlumat" ların ömrü isə çox qısa olur. Yəni, bu informasiyaların yalan olması tez vaxtda ifşa olunaraq ictimaiyyətə təqdim olunur. Daha bir neçə qanunazidd əməllər barədə məlumat isə yenidən Masallı rayonundan daxil olub.Burada da həmişəki kimi,nazir müavini Vüqar Kərimovun və Xidmətin rəisi Namik Xıdırovun adı hallanır. Həmin faktları yenidən ictimaiyyətə təqdim edirik.
1.Masallı RMTM-nin yəni, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun tələbə yoldaşıdır. Buna görə, Adəm İsmiyev addım başı deyir ki, mənim adamım lap dibdə əyləşib və heç kim mənə heç nə edə bilməz;
2.Masallı RMTM-nin direktoru Adəm İsmiyev ətrafına bir neçə nəfəri yığaraq ona tabe olan ərazilərdə yerləşən meşəlikləri talan etməklə məşğuldur. Eyni zamanda onlara, bu işdə mane olan istənilən şəxsi şərləyir və həmkarlara çıxarıb yalandan üzünə dururlar.
Mənbəmizin qeyd etdiyinə görə Adəm İsmiyev 2020-ci ilin aprel ayından Masallı RMTM-də çalışır.
3.Adəm İsmiyevin müavini Faiq Əmişov bundan əvvəl Mərkəzin baş əkin mühəndisi vəzifəsində çalışan dövrdə əkinləri məhv edib, onlara saxta naryadlar yazdırıb, sonra isə 2020-ci ildə gəlib baş meşəbəyi-müavin olmuşdur.
4.Abturab Bağırov meşələrin mühafizəsi üzrə baş mühəndis.Bu şəxs 2013-cü ildə meşə torpaqlarını satdığına görə ona cinayət işi açılmış və qolları qandallı şəkildə məhkəməyə gətirilmişdir. Qeyd olunan şəxs orta təhsilli "şərabçıdır".Hazırda meşələri talan edənlərdən biridir.Özü və yaxın qohumları Masallı meşəbəyliyinin 20 saylı dolayını zəbt edib orada tikililər inşa ediblər və hazırda da bu proses davam edir.
4.Baş mühasib Mənsur Nurəliyev isə əkinlərə yazılan vəsaitləri talamaq, yazılan mükafatların yarısını gözətçilərdən almaq və sexlərə "içlik" meşə materialları satanlardan biridi;.
5.Adil Quliyev. İxtisasca orta təhsilli ibtidai sinif müəllimidir. Oğlu Sadiq Quliyev isə baş mühasibin köməkçisidir. Bu adamların mebel sexləri vardır və başları öz bizneslərinə qarışdığından günlərlə işə gəlmirlər.
Adil Quliyev əməyin mühafizəsi üzrə baş mütəxəssis və həm də həmkarların sədridir. Bu ata-bala ara da bir gəlib gəlmədiyi günlərin yerinə "iş tabeli" nə imza çəkitlər;
6.Dövriyyədə olan 1000 hektar əkinin demək olar ki,800 hektarı yoxdur. Yəni batıb,məhv olub.Qalan əkinlər isə baxımsızlıqdan batmaq üzrədir.
.2020-ci ildə 138 hektar əkini örtülü meşəyə saxta yollarla keçirdilər.Əslində əkin əkilir, ağaclar böyüyür və 5 ildən sonra örtülü meşəyə ərazi kimi keçirilir.Ancaq realda həmin 138 hektar əkin ortalıqda yoxdur.Həmin əkin adıyla yoxlamalar başqa 50 və 100 illik təbii meşələri göstərirlər.
8.Hər ay bir hektar əraziyə təqribən dövlət büdcəsindən 100 manat pul silinir.Yəni naryad üçün xidmət, fəhlə pulu və suvarma üçün ayrılaraq mənimsənilir.
Deyirlər ki,güya bəzi əkinlər quraqlıq səbəbindən yanıb.Bəs həmin yanmış əkinlərə görə dövlət büdcəsinə dəymiş ziyan niyə geri ödənilmir?
Həmin əkinlərə bu vaxta kimi naryadlar yazılıb.Eyni zamanda olmayan əkinlərə yüzlərlə naryadlar yazılaraq, dövlət büdcəsindən milyonlarla maliyyə vəsaitləri çıxarılaraq mənimsənilmişdir.
9.Masallı meşəbəyliyinin 24 saylı dolayında 1.00 hektardan çox sahədə dövlət meşə fondu torpaqlarında torpaq qazılaraq kərpic zavoda verilmiş və dövlətə təqribən 1.000 000 milyon manatdan çox ziyan vurulmuşdur. Həmin meşə fondunun ərazilərini Adəm İsmiyev və Abturab Bağırov satıblar. Bu torpaq qazıntısı cinayətinin üstünü ort-basdır edib, məsuliyyəti öz üzərlərindən götürmək üçün, qazılan ərazini Oncakələ bələdiyyəsinin ərazisi kimi göstərib (Yəni, dövlət meşə fondu deyil) , törətdikləri cinayəti başqasının boynuna yıxmaq istəyirlər. 24 saylı dolayın gözətçisi Fərəməz Ağayevə deyirlər ki, hər şikayətçiləri süsdür. Əks təqdirdə səni tutacaqlar. Gözətçi də gəlib şikayətçilə xahiş efir ki, onlar məni məcbur edirlər ki, sizə deyən ki, daha susasınız. Yoxsa əgər bu iş belə davam eləsə vəziyyət çox pis olacaq.
Adəm, Faiq və Abturab dövlət meşə fondu torpaqlarını vətəndaşlara və ayrı-ayrı sahibkarlara satırlar.Bunun nəticəsində qeyd olunan ərazilərdə tikililər, mal-qara tövlələri və sair qanunsuz tikintilər tikilib və davam edir.
Adəm İsmiyev əvvəllər Cəlilabad rayon icra hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.Ancaq tələbə yoldaşı hazırda Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışan Vüqar Kərimovun dəvəti və köməyi ilə ekologiya sahəsinə, yəni Masallı RMTM- nə direktor təyin olunub.
Çox maraqlı ,eyni zamanda aydın bir görüntüdür. Görəsən nazir müavini Vüqar Kərimov hansı niyyətlə tələbə yoldaşı olan Adəm İsmiyevi bu vəzifəyə təyin elətdirib, yaxud Adəm İsmiyev hansı niyyətlə bu vəzifəyə transfer olunmağına razılıq verib!?Əgər dövlətə,xalqa xidmətdirsə, elə icra hakimiyyətindəki vəzifə ən uyğun vəzifə idi. Deməli, niyyət başqa imiş, heç də dövlət-dövlətçilik, millət-millətçilik deyil. A.İsmiyev ixtisasca "meşəçi" və ya buna uyğun ixtisaslı bir kadr olsaydı on da inandırıcı olardı. Bu şəxs heç ağacların cinsin belə tanımır və meşə sahəsində naşı bir direktordur.
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmalarımız davam edir.
Ən dəhşətlisi odur ki, yuxarıda sözü gedən dəstə 2021-ci ilin " sanitar qırma" sahəsi üçün, qeyri qanuni olaraq qoşa nömrələr, "içlik" materiallıq, sağlam ağaclar və bir də mailliyi 30 dərəcədən çox olan yerləri vurublar. Habu ki, meşə məcəlləsində göstərir ki, mailliyi 30% çox olan meşədə "qırma" sahəsi aparmaq olmaz.
Çün ki, meşənin bir funksiyası da torpaq qoruyucudur. Məgər xəstə ağaclardan "içlik materiallarmı çıxır?!
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//azinfo.tv//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024