Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-05-2020, 13:46)
Azərbaycanda qaydalara məhəl qoymayan vəzifəli şəxs işdən çıxarıldı

 Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1 117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Mediatv.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
Onun sözlərinə görə, araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.
Xidmət rəisi onu da əlavə edib ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin, ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsindən azad edilib:
“Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir”.
Nazirlik rəsmisi meşələrin mühafizəsinin daha da gücləndirilməsinə dəstək məqsədilə vətəndaşlara da müraciət edib:
“Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik”.шаблоны для dle 11.2

Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024