Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-08-2021, 11:41)
Lənkəranda MEŞƏ DAVASI... - İLGİNC İDDİALAR..

 



Lənkəran regional meşə təsərrüfatı mərkəzinin müdiri məlum məsələlərə görə tutduğu vəzifədən azad edilərək, yerinə nazirliyin əməkdaşı Cəlair Səmədov müvəqqəti olaraq təyin olunub. Ancaq deyəsən meşə oğruları bu prosesi həzm edə bilmirlər.
Məsələ burasındadır ki, Lerik meşələrində baş verən qanunsuzluqları məhz yeni müdir Cəlair Səmədov araşdıraraq ifşa edir. Buna görə də "Razvandoband"meşəbəyliyinin sabiq meşəbəyisi Nazir Orucovun qaynatası vaxtıilə 23-cü dolayda adı fəhlə, əslində isə həmin dolaya nəzarət edən Mirsadiq Ələsgərovun məktəbli oğlu, Cəmil Ələsgərovun adı ilə yazdırır. Onlar Aztoday.az saytına yazı yazdırsalar belə ərazini dəqiq göstərə bilmirlər. Bu da ondan xəbər verir ki, əllərində fakt yoxdur və şər-böhtan kampaniyası aparırlar. Məqsəd nədir?
Həmin Nazir Orucov haqqında Lerik rayon prokurorluğunda meşəbəyi olduğu ərazilərdə kütləvi qırıntıların olduğunu sübut edən yüzlərlə fakt var. Bundan əlavə bu adam haqqında 3 nəfər 102- daxili işlər nazirliyinin qaynar xəttinə şikayət ediblər. Azərinfo.az saytının baş redaktoru, yaşlı adam, yenicə avtomobil qəzasından sonra xəstəxanadan çıxan İbrahim Qarabağlını döyərək xəsarət yetirmiş və onu ölümlə hədələmişdir. Eyni zamanda adam haqqında regional idarə təqdimat yazır, ərizəsi ola-ola nazirlik onu işdən azad etmir.
İbrahim Qarabağlını döymə anında əgər orada nazirliyin əməkdaşları olmasaydı bu ölümlə nəticələnən bir hadisə olacaqdı, buna heç kəs şüphə edə bilməz. Bəs belə bir psixi pozuntsu olan şəxsin bu vəzifədə qalması kimə sərf edir, ya kimdir himayədar?
Mənbə qeyd edir ki, Ekologiya və təbii sərvətlər nazirliyinin məxfi şöbəsinin rəisi Elman Qurbanov və Meşələrin inkişafı departamenti xidmətinin rəisi Namiq Xıdırov Nazir Orucovu himayə edirlər. Məhz onların səyi ilə Nazir Orucov saxta diplomla bu vəzifəyə təyin olunub və bu gün həmin şəxslər Nazir Orucovun vasitəsilə pul qazanırlar.
Heç bir aidiyyatı olmayan adamlar bildirir ki, Elman Qurbanovun göstərişi ilə Hirkan milli parkı və Lerik rayon Razvandoband meşəbəyliyinin ərazisindən Göyçay rayonunda yerləşən yeşik sexinə material gedir. Çünki Elman Qurbanovun Göyçayda Alim adında bir dostu var və qeyd edilən sex də onundur.
Bu gün aydındır ki, bütün qanunsuzluqların başında birbaşa ETSN dayanır. Əgər belə olmasaydı proseslər bu qədər ləngiməzdi. Təsəvvür edin ki, bütün qanunsuzluqlar tam çılpaqlığı ilə ortalıqda, ancaq nazirlik tədbir görmür.
Bu məsələnin üzərində nazirlik və Lerik rayon polis idarəsini və prokurorluğunu oyun oynayır desək, heç cürə yanılmarıq. Çünki işdə kifayət qədər cinayət tərkibi var. Ancaq cinayət təqibi yoxdur. Çünki Nazir Orucov qanunun tələblərini pul ilə durdura bilir.
Sonda bir daha bildirmək istəyirik ki, məhz yuxarıda adları çəkilən şəxslər Cəlair Səmədovu şərləyib ərazidən uzaqlaşdırmaq istəyirlər. Çünki hər gün yeni-yeni dağıdılmış meşə əraziləri aşkar olunur ki, bunlarda Nazir Orucov və sair yaxınlarının əli var. Bəli, elə Elman Qurbanovun, Namiq Xıdırov və sair şəxslərin də əli var.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
//azinfo.tv//




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024