Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-08-2021, 11:39)
İcra başçısı camaatı evindən zorla çıxarır – Video

 



Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti pilot layihələrin icrası zamanı vətəndaşlara qarşı zor tətbiq etməklə onları evlərindən çıxarır.
Reportyor.info-nun xəbərinə görə, Nəsimi İH başçısı Asif Əsgərov mülkiyyət sahiblərini evlərindən məcburi çıxarmaqla gərginlik yaradır.
Görüntülərdən də aydın olur ki, Nəsimi İH-nin nümayəndələri vətəndaşa qarşı nəinki təzyiq göstərir, hətta ərazidə olan polisə onu tutub aparmağı əmr edir.
Deyəsən, icra nümayəndəsi öz səlahiyyətlərini unudub və polisə belə bir təlimat vermək ixtiyarı olmadığını bilmir.
Vətəndaş heç bir qanun pozmayıbsa, cinayət törətməyibsə, sadəcə, evinin sökülməsinə etiraz edirsə, buna görə kimisə saxlayıb polis idarəsinə aparmırlar.
Üstəlik, bunu ayırd etmək də polisin işidir və kadrlardan da göründüyü kimi, Nəsimi İH vəzifəlisinin göstərişinə məhəl qoyulmur.
Amma icra başçısının adamları özlərini tamamilə qoluzorlu quldur dəstəsi kimi aparırlar və insanları incitməklə məşğuldurlar.
Bu da vətəndaşları dövlətdən narazı salmaqdır. Qeyd edək ki, Nəsimi rayonu ərazisində pilot layihələrin 80 faizinə icra başçısı A.Əsgərov özü şərikdir. Ona görə də evlərin sökülüb yerində yenilərinin tikilməsində maraqlıdır. Çünki bu layihələrdən qazanc əldə edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024