Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (17-11-2018, 15:45)
Deputatdan 30 min istəyən hansı rayon icra başçısıdır?

 Millət vəkili Adil Əliyev musavat.com-un canlı yayımındakı çıxışı geniş müzakirələrə və rezonansa səbəb olub

Deputatın icra başçılarından birinin ondan 30 min manat rüşvət istədiyini dilə gətirməsi söz-söhbətlər yaradıb, məmur kimliyi ciddi maraq doğurub. 

A.Əliyevdən sitat: "İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir.

Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” 

Millət vəkili İH başçısının kimliyini açıqlamayıb və müxtəlif xəbər portalları mülahizələr irəli sürüblər. Amma onun konkret adı bilinməyib.

Cahan.info mötəbər qaynaqdan deputatdan 30 min rüşvət istəyən icra başçısını öyrənib. Etibarlı mənbədən saytımıza axşam saatlarında daxil olan informasiyada bildirilir ki, söhbət paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovdan gedir. 


Məlumatlı qaynağın iddialarına görə, deputatın Nəsimi rayonunda mənzili var və A.Əliyevdən qapının açılması üçün A.Əsgərov 30 min tələb edib. 

Təbii ki, deputat tələb olunan qeyri-rəsmi məbləği verməyib və yuxarı instansiyalara məsələni məruzə edib. 

Millət vəkilinin icra başçısının qanunsuz tələbi haqda yuxarıları məlumatlandırması A.Əsgərovun ağır şəkildə cəzalandırılması ilə müşayiət oluna bilər. 

A.Əsgərov Səbail İH başçısı olarkən sürüşmə zonasında villaların tikilməsinə rüşvət qarşılığında şərait yaratması, oğlu İlham Əsgərlinin "Mcdonalds"ın Bakı şəbəkəsinin şefinin oğlu Sənan Mirzəyevi avtoqəzada öldürməsi, sonra övladının həbsdən xəstəlik adı ilə ev dustaqlığına çıxması ilə gündəmdə olub. 

A.Əsgərov Nəsimi İH başçısı postuna təyinat aldığı tarixdən isə şəhərin mərkəzində, binaların həyətlərində yaşıllıqların qanunsuz qırılması, ərazilərin satılması, ağacların yerində tikintiyə icazə verilməsi ilə ad çıxarıb. 

Ona görə də icra başçısının deputatdan qapı açılması üçün 30 min rüşvət tələb etməsi təəccüblü deyil. Qeyd edək ki, prezident ardıcıl neqativ hadisələrlə gündəmdə olan məmurlarla işləmir və onları vəzifələrindən uzaqlaşdırır. 

Məsələ ilə bağlı deputat Adil Əliyevə zəng etsək də, mövqeyini öyrənmək mümkün olmadı. Xəbər axşam saatlarında gəldiyi üçün Nəsimi RİH-dən açıqlama almaq baş tutmad. 

Tərəfləri dinləməyə hazırıq.





























шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024