Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-08-2021, 17:00)
Abid Şərifovun şirkəti Moldovada milyonlarla avro cərimə ödəməlidir

Abid Şərifovun şirkəti Moldovada milyonlarla avro cərimə ödəməlidir
Azərbaycanın baş nazirinin keçmiş müavini Abid Şərifovun ailəsinə məxsus olan “Evrascon” tikinti şirkəti Moldovada yenidən qalmaqalın mərkəzindədir. Virtualaz.org xəbər verir ki, şirkət Kişnyov-Unqena-Skulyana avtomobil yolunun 6 ildir tikib başa çatdıra bilmədiyi 17.6 kilometrlik hissəsinə görə milyonlarla avro cərimə ödəməlidir. Şirkət yol tikintisinə 2016-cı ildə başlasa da indiyədək işlərin cəmi 85 faizini yerinə yetirib.

Moldova KİV-ləri xəbər verir ki, ölkənin dövlət avtomobil yolları Administrasiyası yenidən “Evrascon” nümayəndələri ilə görüşüblər. Və işlərin gedişindən narazılığı çatdırıblar.

“Dövlət avtomobil yolları Administrasiyası 2016-cı ildə yekunlaşmalı olan işlərin ləngiməsinə görə narahatlığını çatdırıb. Şirkət nümayəndəsi isə bildirib ki, bu ay, yəni avqust ayında Azərbaycandakı ana şirkətdən yaranmış vəziyyətdən çıxmaq üçün maliyyə dəstəyi alacaq”,-administrasiyanın məlumatında deyilir.

“Evrascon” şirkətinin Moldovada həyata keçirməyi üzərinə götürdüyü daha bir layihədə-Kornşet, Romanovka, Pırlitsa yaşayış məntəqələrini birləşdirən yolun çəkilişində də işlər ləngiyir. Bu layihə üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 15 milyon avro kredit ayrılmışdı.

Bundan əvvəl Moldovanın dövlət avtomobil yolları Administrasiyası bildirmişdi ki, podratçı şirkət ləngiməyə görə hər müqavilə üçün ümumi məbləğin 10 faizi həcmində, yəni təxminən 3.8 milyon avro cərimə ödəməlidir.

Administrasiya bu il Xınçeşti-Lepşuna-M1 avtomobil yolunun tikintisi üçün “Evrascon” şirkəti ilə bağladığı müqaviləni işlərin ləngiməsi səbəbindən pozub. Bu layihənin dəyəri 18.8 milyon avro idi. Şirkət işləri ləngitdiyi üçün bu layihəyə görə də 1.9 milyon cərimə ödəməli olacaq.

virtualaz.org
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024