Karusel / Slayd (22-06-2019, 18:48)
İbrahim Alışovun getməsi zərurətə çevrilib
Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. Prezident İlham Əliyevin bir-birinin ardından verdiyi sərəncamlar və yeni təyinatlar diqqət mərkəzindədir.
Belə bir dövrdə ölkə iqtisadiyyatının əsas sahələrindən olan bank-maliyyə sektorunda da ciddi islahatlar arzuolunandır. Xüsusilə 2016-cı ildə yaradılan və indiyədək öz sektorunda heç bir köklü islahata, dəyişikliyə nail ola bilməyən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı qərarın verilməsi də gözləniləndir.
Qaynarinfo xatırladır ki, qurum son günlər gündəmə sığorta şirkətlərilə bağlı verdiyi ziddiyyətli qərarlarla gəldi. Sonuncu belə qərar Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta”) ilə bağlı olmuşdu. Xatırladaq ki, "Azərsığorta” tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanılması səbəbindən ona verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə həmin sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə sözügedən sığorta şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdı. Yəni, "Azərsığorta”ya avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək qadağan edilmişdi.
Mayın 17-də bu məlumat yayıldıqdan sonra elə həmin gün "Azərsığorta”nın rəhbərliyi əvvəlcə bəyanat verdi ki, Palata məhdudiyyəti artıq aradan qaldırıb. Yenə həmin gün bir neçə saatdan sonra isə "Azərsığorta” əvvəlki bəyanatını təkzib edərək bildirdi ki, məhdudiyyət qüvvədədir. Ondan əvvəl isə eyni məzmunlu və eyni mətnli qərar MBASK, "AtaSığorta”, "Atəşgah” kimi şirkətlərə tətbiq edilib.
MBNP ilə bağlı daha bir narazılıq qurumun hesabatlı olmaması ilə bağlı idi. Bir müddət əvvəl media Palatanın hesabatlarını açıqlamamasını yazdıqdan sonra qurumun saytında 2017 və 2018-ci illərin hesabatları yerləşdirildi. Lakin olduqca kasıb olan bu sənədlər heç də şəffaflıqdan xəbər vermir. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, qurumun rəhbərliyində naşı adamlar təmsil olunur. Elə söhbətləşdiyimiz ekspertlər də təxminən bu fikirdədirlər ki, MBNP rəhbərliyi maliyyə bazarlarına nəzarət edə, oradakı vəziyyəti düzəldə bilmir.
Qeyd edək ki, palatanın idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti quruma ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir. Hazırda quruma İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov rəhbərlik edir. Ekspertlər İ.Alışovun bu sahədə bacarıqsız olduğunu deyirlər.
MBNP siyasət müəyyənləşdirmək iddiasındadır
Bank-maliyyə məsələləri üzrə ekspert Samir Əliyev Qaynarinfo-ya açıqlamasında bildirdi ki, MMBNP çox çətin dövrdə yaradıldı: "Ölkədə iki dəfə devalvasiya baş vermişdi və maliyyə sektoru çox çətin durumda idi. Bu baxımdan Palatanın qarşısında çox böyük vəzifələr, ciddi öhdəliklər dururdu. Bu da ilk növbədə maliyyə sektorunu, xüsusilə də ən böyük zərbə alan bank sektorunu sağlamlaşdırmaq idi. Bunun yolu əlbəttə zəif bankların bazardan çıxarılması, xilas etmək mümkün olan bankları isə bazara qaytarmaq olacaqdı. Palata yaradılanda da gözlənilirdi ki, daha sərt addımlar atacaq, çünki Mərkəzi Bankdan fərqli olaraq, birbaşa nəzarət və tənzimləmə onun funksiyası idi. Gözləntilər özünü doğrultdu, Palata daha sərt addımlar atdı, xeyli banklar bağlandı. Palata sərt müdaxilə etməsəydi, bank sektoru daha böyük zərbələr ala bilərdi. Məsələn, götürək "BankStandart”ı, hansı ki, palata onu xilas etməyə çalışdı, vəsait də ayırdı bunun üçün, amma mümkün olmadı. Eləcə də sığorta bazarında müəyyən dəyişikliklər oldu. Amma təəssüf ki, qiymətli kağızlar bazarındakı mövcud problemlər aradan qaldırılmadı, bu sahə zəif olaraq qalmaqdadır, öz kiçik payı ilə ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynaya bilmir. Ümumiyyətlə, bu gün maliyyə sektoru əsasən bankların üzərindədir, qismən də sığorta bazarındadır”.
S.Əliyevin sözlərinə görə, Palatanın bir sıra qərarları ümumi işə problem yaradır. Xüsusilə də bank əməliyyatlarının məhdudlaşdırılması, banklararası əməliyyatlarla bağlı qərarlar ciddi problemlərə yol açır: "Məsələn, nağdsız dövriyyə ilə bağlı qəbul edilmiş qərarın həm banklara, həm də sahibkarlara problemlər yaratdığını müşahidə etdik. Hətta müəyyən dövrdə Palata bankların işini iflic duruma salmışdı. Hesab edirəm ki, Palata tələb olunandan çox sərt addım atır. Son dövrlər isə müşahidə olunan odur ki, Palata artıq dövlət qərarlarını icra edən qurumdan qərar verən quruma çevrilməkdədir. Bu da təbii ki, arzuolunmaz haldır. Biz kredit faizlərinin yuxarı həddinin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik təşəbbüsündən müşahidə etdik ki, Palata bu prosesə nəzarət etmək istəyir, bu təşəbbüs onlardan gəlib. Bundan başqa, "Lombardlar haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib, orda da nəzarət, yuxarı hədd məsələsi Palataya verilib. Yəni Palatanın daha çox nəzarət etmək meylləri hiss olunmaqdadır. Hətta qərar vermək, siyasəti müəyyənləşdirmək cəhdləri hiss olunur ki, bu da mənim fikrimcə, normal hal deyil”.
Bank və sığorta şirkətləri əvvəlki illərə nisbətən indi daha çox hesabatlı olmağa meyllidir. Ekspertin fikrincə, bu, məhz palatanın təsiri nəticəsində mümkün olsa da, təəssüf ki, qurum özü hesabatlı ola bilmir: "Banklar və sığorta şirkətləri daha hesabatlıdır, nəinki Palata. Məsələn, 2017-2018-ci ilin hesabatını qurum təxminən ötən ay ictimailəşdirdi, o da məsələ mediaya çıxdıqdan sonra. Üstəlik, hesabatlar çox məhduddur, analiz etmək üçün az məlumatlıdır. Qurumun saytından məlumatlar əldə etmək olmur, müraciət edirik cavablandırmırlar, lazım olan məlumatları vermirlər. Özlərini qapalı kommersiya müəssisəsi kimi aparırlar. Publik hüquqi şəxs olmasına rəğmən palata dövlət funksiyalarını yerinə yetirən bir qurumdur və ictimaiyyət qarşısında hesabatlı olmalıdır”.
Prezidentin problemli kreditlərlə bağlı fərmanını Palata necə yerinə yetirdi? Suala cavab verən S.Əliyev bildirdi ki, fərmanın icrası daha təkmil ola bilərdi: "Amma bu məsələdə Palata normal işlədi deyə bilərik. Bundan sonrakı fəaliyyət prosesdə yaranmış problemləri aradan qaldırmaq olmalıdır. Eyni zamanda "qara siyahı”da olan kredit tarixçələrinə amnistiya verilməsi məsələsini Palata təcili həll etməlidir”.
Qurumun ləğvi də mümkündür
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Palata prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ni icra etmək əvəzinə nə ilə istəsən məşğul olur. Ekspert deyir ki, MBNP-nin rəhbərliyinin dəyişməsi artıq zərurətə çevrilib: "Onsuz da Palatanın rəhbərliyi müvəqqətidir. İbrahim Alışov başqa olmaqla hamısı icraçıdır və daimi heç kim yoxdur rəhbərlikdə. Prezidentin 2016-cı ildə təsdiq etdiyi Strateji Yol Xəritəsinə görə, Palata 2017-2018-ci illər ərzində bankların şəffaflığının artırılması üçün tədbirlər görməli idi, amma heç mövcud tələblərə əməl olunmasını təmin edə bilmir. Palata rəhbərliyi tam naşı, savadsız, işini bilməyən adamlardan ibarətdir. Özü də bu, tək mənim fikrim deyil, maliyyə sektorunun vahid fikridir. Bu baxımdan da mən hesab edirəm ki, ya Palata rəhbərliyi dəyişdirilməlidir, ya da ümumiyyətlə, bu qurumun ləğvi də gündəmdə ola bilər. Hər bir halda indiki rəhbərlik maliyyə sektorunu tamamilə pis vəziyyətə qoyacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024