İqtisadiyyat (11-03-2019, 20:25)
Sığorta şirkətinin lisenziyası məhdudlaşdırıldı - QƏRAR

Mediatv.az-ın məlumatına görə, “AXA MBASK” şirkəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri ilə bağlı nöqsanlara yol verib.
Belə ki, şirkət müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlayıb.
“AXA MBASK” şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edək ki, “AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb.
Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.
Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 19 mln. 733,738 min manata bərabərdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
21 06 2025
21 06 2025
21 06 2025