İqtisadiyyat (1-12-2017, 19:00)
Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələr azalıb
2017-ci ilin noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 11335 sığorta müqaviləsi bağlanıb.
Mediatv.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 3 mln. 397,625 min manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8038-i yaşayış evləri və mənzillər, 220-si inzibati binalar, 3077-si isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 58% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanmış müqavilələrin sayı 426, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 28,770 min manat təşkil edib.