Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (10-05-2018, 12:33)
"AZƏRSU"yun PODRATÇI TƏŞKİLATININ QANUNSUZLUQLARI-ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə, elə həmin gün Xaçmaz şəhərində içməli su şəbəkəsinin istismara  verilməsi mərasimində iştirak etdi. Bu tədbirlər bir daha göstərdi ki, dövlətimizin başçısı əhalinin içməli, təsərrüfatların suvarma suyu ilə təminatı məsəlsinə böyük önəm verir, sahənin inkişafına yönəlik layhələrin reallaşdırılması üçün hökumət qarşısına vəzifələr qoyur və yerinə yetirilməsinə şəxsən özü nəzarət edir.

Amma çox təəssüflər olsun ki, yerlərdə bəzi icraçılar üzərləriə düşən vəzifələri yerinə yetirmək əvəzinə, əksinə, vəzifələrindən öz şəxsi maraqları naminə sui-istifadə edir, layihələrə ayrılan invstisiyaları təyinatı üzrə və səmərəli xərcləmək əvəzinə mənimsəyirlər. Bildiyimiz kimi, paytaxt Bakı şəhərində də su xətlərinin yenilənməsi layihələri icra olunur.Mediatv.az-a verilən məlumata görə Suraxanı rayonunun Bül-bülə qəsəbəsində görülən işlərdə "Azərsu" ASC-nin tərəf müqabili olan podratçı təşkilat "Araz" MMC-dir. Bunu ərazidə işləyən fəhlələrdən öyrəndik. Onların heç birinin əynində istehsalat geyim formaları, qoruyucu dəbilqələri, əməyin təhlükəsizliyini təmin edəcək digər vasitələr yox idi. Öyrəndik ki, işçilərin böyük əksəriyyəti ilə MMC arasında heç əmək müqaviləsi də bağlanmayıb. Bu isə o deməkdir ki, onlar qeyri-leqal işə cəlb olunublar, sosial sığortaya və vergiyə cəlb edilməyiblər. Ünsiyyətdə olduğumuz qəsəbə sakinləri isə bildirdilər ki, şirkətin işçiləri su xəttini çəkərkən boruların yerləşdrilməsi üçün qazılmış kanalların dibinə yumşaq qum tökmədən üstünü tələsik torpaqlayırlar, həm də iş gördükləri ərazini yararsız hala salaraq, səliqə-səhman yaratmırlar.Dağıtdıqları asvalt örtüyünü bərpa etməyə borclu olduqları halda yolları bərbad hala salıb geirlər. Nə qədər qəribə görünsə də, "Azərsu"ASC-nin məsul şəxsləri işi məhz bu cür, yəni, natamam, keyfiyyətsiz halda MMC-dən təhvil götürür. 

Mediatv.az olaraq İnternet üzərindən nə qədər səylə araşdırma aparsaq da, "Araz" MMC barədə, onun necə "Azəsu" ASC-nin tender qutusundan qalib çıxmas və onun "kordinatları"ı haqda heç bir məlumata rast gəlmədik. Odur ki, bu müəssisənin məxfi saxlanılması bizdə onun fəaliyyətinin qanuniliyinə ciddi şübhələr doğurdu. Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Vergilər Nazirliyinin və digər instansiyaların sözügedən şirkətlə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə iqtidarları yetəcək.  

 Qarşı tərəfin cavab haqqını tanıyırıq

   

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024