Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-12-2017, 16:00)
Prezident “Azərsu”ya pul ayırdı

Prezident “Azərsu”ya pul ayırdı

 

Prezident İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, sərəncamla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, sərəncamın icrası çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,5 km olan paylayıcı su şəbəkəsinin, Maştağa qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 9,2 km olan paylayıcı su şəbəkəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 5,4 km olan paylayıcı su şəbəkəsinin, Bülbülə qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,0 olan km paylayıcı su şəbəkəsinin, Qaraçuxur qəsəbəsində diametri 530 mm, uzunluğu 0,8 km olan su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 1,8 km olan paylayıcı su şəbəkəsinin tikilməsi nəzərdə tutulur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024