Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (26-06-2014, 14:21)
Qorxmaz Hüseynovun nurçuların şübhəli tender maxinasiyaları-IDDIA

 

"Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun Fətullah Gülənə yaxın iş adamları ilə şərikinə həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı ilginc məlumatlar ötürülüb. 

 
Xatırladaq ki, artıq "Azərsu” ASC-nin sifarişi ilə işləyən və Fətullah Gülən cameəsinə aid olduğu şübhə doğurmayan "Hidro-Lotus” MMC Azərbaycandan qaçaq düşüb. Yəni nurçulara qarşı türkiyəli baş nazir Ərdoğanın sifarişi ilə təzyiqlər başlayar-başlamaz "Hidro-Lotus” MMC aradan çıxıb və bu gün də keçmiş işçilərinə - onların sayı 1500-ə yaxındır – külli miqdarda maaş və təzminat borcu var...

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, nurçuların himayəsində olan bu şirkət dövlət qeydiyyatından keçəndən cəmi 11 gün sonra "Azərsu” ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb və podratçı şirkətlərə çatacaq vəsaiti mənimsəyib. Bununla bağlı "Azərsu” ASC-yə edilən şikayətlər isə cavabsız qalıb.

"Hidro-Lotus” MMC "Azərsu” MMC-nin sifarişi ilə ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirirdi. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı dururdu və bu adam fəaliyyəti boyunca Azərbaycanda təkcə nurçuluğu yox, açıq şəkildə PKK-nı da təbliğ edirdi. Elə buna görə də, əksər hallarda "Hidro-Lotus” MMC-nin çalışdığı şantiyelərdə Türkiyə bayrağına rast gəlinməzdi. Halbuki türkiyəli iş adamları inşaat yerlərində ilk əvvəl öz bayraqlarını asarlar.

İndi isə gələk Qorxmaz Hüseynovun bu şirkətlə ortaq maxinasiyalarına. Bu barədə mənbə dia.az-a danışır: "Rəsmi olaraq müəssisənin 26 iyul, 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir. "Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il, 15 iyul tarixli sərəncamına müvafiq olaraq "Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb.

Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir - Nazirlər Kabinetinin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu, tender haqqında qanunun açıq-aşkar pozulması deməkdir. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarına görə, 50 min manatdan yuxarı dövlət sifarişləri bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər. Deməli, bu özbaşınalıq əslində Fətullah Gülənin güclü müdaxiləsinin nəticəsində baş tutubmuş”.

Onu da bildirək ki, Qorxmaz Hüseynovun təkcə nurçuların qarşısında yumşalmadığı da məlumdur. Yəni yeni qeydiyyatdan keçən şirkətə layihənin verilməsi yenilik deyil. Bu barədə mənbəmiz bunları deyir: "Şübhəli tenderlərin keçirilməsi birinci dəfə deyil. Bakı-Oğuz-Qəbələ su kəməri çəkiləndə boruları hazırlayan ”Azkompozit" şirkəti tenderdə iştirak edəndən sonra qeydiyyata alınıb. Nə qədər belə şübhəli məqamlar olacaq, gizli şirkətlər yaradılacaq, şirkətin fəaliyyəti barədə mlumatlar verilməyəcək, bir o qədər də cəmiyyətdə şübhələr artacaq və mətbuat da öz şübhələrini ortaya qoyacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024