Karusel / Slayd / Redaktor seçimi (2-05-2018, 14:41)
NƏSİMİDƏ AĞACLAR KƏSİLİR, sakinlər ETİRAZA QALXDI-Fotolar-ÖZƏL
Bakının bir sıra yerlərində yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi qadağan edilsə də, təəssüf ki, belə hallara hələ də rast gəlinir.
Bir sıra ərazilərdə yaşayış binaları inşa edən tikinti şirkətlərinin qanunsuzluğu sadə vətəndaşları bu gündə narahat etməkdədir. Söhbət Nəsimi rayon 5-ci m/r "20 yanvar" 34 saylı, 8 bloklu,5 mərtəbəli yaşayış binasının arxasınakı böyük bir yaşıllıq sahəsindən gedir.Ərazidə 30-40 ilin həmişəyaşıl şam ağacları vardır.Sakinlər deyirlər ki, ağacların kəsilməsi öncədən planlaşdırılıbmış.Əvvəlcə ərazi hasarlanıb, sonra isə tikinti şirkəti "fəaliyyətə" başlayıb.
Mediatv.az-a verilən məlumata görə hasarlanan ərazinin yaxınlığında bünövrədə istifadə edilən tikinti materialları gətirilib.
Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində ağacların kəsilməsi ilə bağlı olduqca sərt çıxış etmişdi. Prezident qeyd etmişdi ki, ictimaiyyəti də, onu da narahat edən məsələ ağacların kəsilməsi məsələsidir:“Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Mediatv.az