Karusel (22-05-2017, 21:24)
Deputat seçicilərindən niyə qaçır? - SƏBƏB
Yerli sakinlərin verdiyi xəbərə görə, deputatın görüşü zamanı Beyləqanda görüş keçirilən əraziyə gedən bütün yollar bağlanıb.
Millət vəkili ilə görüşə əsl ehtiyacı olan insanlar görüşə buraxılmayıb. Ş. İsmayılov seçicilərlə deyil, icra hakimiyyətinin işçiləri ilə görüşüb.
Deputat seçicilərdən qaçıb, məmurlarla görüşüb
Görüşdə kənd icra nümayəndəliyinin, kənd bələdiyyələrinin, təhsil şöbəsinin və digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Sonra deputat Beyləqanı tərk edib.
Rayon sakinləri isə deputatla görüşə və problemlərini çatdıra bilməyiblər. Halbuki, onun deputat seçilməsi üçün seçicilərə işi düşmüşdü.
Bu gün əksər deputatlar Ş.İsmayılov kimi davranır. Bu həmin namizəddir ki, adı nurçuluqda hallanıb.
Şahin İsmayılov fətullahçı Elnur Aslanova yaxın şəxslərdən biridir. O daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarda vəsaitləri mənimsəyən bir şəxs kimi tanınmaqdadır.
Conflict.az xəbər verir ki, sakinlər deputatdan çox narazıdır və onları görüşə buraxmamaqla əhaliyə olan münasibətini ortaya qoyub.
Sakinlər danışırlar ki, Beyləqanda 5-6 min YAP-çının olmasına baxmayaraq, bu dairədən YAP-ın deputatı Bakı şəhərinin Suraxanı rayonunda anadan olmuş 29 yaşlı bir gəncdir.
Məlumata görə, YAP-ın vahid namizədi heç həqiqi hərbi xidmət də keçməyib. Şahin İsmayılov və Seymur Hüseynov Fətullah Gülənılə əlaqələrinə görə işdən qovlulan PA-nın köhnə şöbə müdiri Elnur Aslanovun da yaxın kadrları olublar.
İnternetdə qısa bir araşdırma bəsdir ki, onların Aslanovun layihələrində aparıcı yerlərdə xəbər və fotolarına şahidlik edəsiniz.
Bir müddət əvvəl ölkədən və dünyada yaşan azərbaycanlı gənclərin müraciəti, şikayətləri əsas götürülərək, Prezident Adminstrasiyasında bu işlərə nəzarət etmək üçün gənclər təşkilatları sektoru yaradılsa da bu heç nəyi dəyişmədi.
Gənclər sektorundakı mafiya yenə öz kadrlarını yerləşdirməkdə, istedadlı gənclərin səsi batırılmaqdadır.
Deputatı dinləməyə hazırıq.