Cəmiyyət / Karusel (25-03-2014, 16:39)
Ziya Məmmədovun oğlu ilə nurçuların nə əlaqəsi?
2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış”adlı Vaşinqtonda təşkil olunan mötəbər tədbirdə Elnur Aslanov Fətullah Gülənlə gizlicə görüşüb.
Bildirilir ki, həmin tədbirə Prezident Administrasiyasının Analitik təhlil və informasiya təminatı şöbəsinin keşmiş müdiri, nurçu olaraq adı hallanan E.Aslanovun dəstəyi ilə Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov, ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyeva və Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədli qatılıblar. Leyla Məmmədlinin E.Aslanovun himayəsi ilə Azərbaycan Dövlət Neft Şirkətinə işə düzəldiyi bildirilir.
Konfrans prosesində millət vəkili Ceyhun Osmanlının da iştirak etdiyi gizli görüşdə Elnur Aslanovun Fətullah Guləndən xüsusi tapşırıqlar aldığı da iddia edilir. Qeyd olunur ki, sözügedən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” lobbi tədbirinin baş tutması da Fətullah Gülənin himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı sayılan Türk Amerikan Alyansının xidmətidir. ABŞ-dakı məlum görüşdən sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa başlamışlar. Belə ki, həmən ilin 30 iyun tarixində Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri olan Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə gətirilir.
Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat – Amerika Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən siyasi və maddi dəstək almağa başlayır. Ən maraqlı məqam isə ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli layihələrini iş adamı, Nəqliqqat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun maliyələşdirməsi barədə iddiadır. Qeyd olunur ki, E.Aslanovun nəzarətində olan və xüsusən ABŞ-da təbliğat aparan QHT-lərə A.Məmmədov külli miqdarda maliyyə dəstəyi göstərib.
Xatırladaq ki, nurçuların Nəqliyyat Nazirliyinə yerləşdirilməsi və Anar Məmmədovun təbliğat strukturlarından istifadə ilə bağlı mediada məlumatlar bir neçə gün əvvəl yayılmışdı.(publika.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024