Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-05-2017, 21:24)
Bərdədə şöbə müdiri məmurları hökumətin üstünə qaldırır - prezidentə dosye

 

Mediatv.az azerinfo.az-a istinaden xeber verir ki,

 

 

Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov yerli məmurların “qanını içir” 

Z.Bəylərov rayon rəhbərliyinin ümumi siyasətinə qarşı gedərək icra nümayəndələrini hökumətin üstünə qaldırır.

Onlardan hər ay pul yığan şöbə müdirinin barəsində prezidentə müraciət hazırlanır. Dövlət başçısına məmurlar tərəfindən təqdim olunacaq dosyedə Z.Bəylərovun əməlləri açıqlanıb. 

Onun istefası tələb edilir və artıq icra nümayəndələrini intihar həddinə çatdırdığı söylənir. Saytlarda gedən yazılara görə, Z.Bəyərov hər icra nümyəndəsindən ayda 500 manat alır.

İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir. Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı. 

Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi. Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır.

Bölgələrdə baş verən məmur özbaşınalıqları bitib tükənmir. Ölkə rəhbəri nə qədər xəbərdarlıq etsə də bəzi idarə rəhbərləri və “krişa”larına güvənən məmurlar, öz çirkin əməllərinə davam edirlər.

Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. Hətta orada işlədiyi dövrlərdə dəfələrlə rayon sakinləri tərəfindən qınaq obyektinə çevrilmişdir.

Belə ki, Zaurun özünübəyənmiş kimi rəftar etməsi və konkret olaraq rayon sakinlərinə yuxarıdan aşağı baxması ağsaqqallar tərəfindən düzgün qarşılanmamışdır. 
O zamanlar da rayon ağsaqqalları icra başçısına və nazirliklərə müraciət edərək, Zaur Bəylərovun cəzalandırılmasını istəmişdi. 

Ulus.Az xəbər verir ki, Zaur Bəylərovun qanunsuz əməlləri barədə Tərtər rayonunda hər kəs danışır. Hətta onun işlədiyi dövrlərdə işində verdiyi ciddi nöqsanlar idarənin nüfuzunu aşağı salmışdır. 

Əyani sübut kimi deyə bilərik ki, sosial yardımların verilməsində 6 aylıqların saxnanılması və təyinatı üzrə verilməməsi məhz Zaur Bəylərov tərəfindən həyata keçirilmişdir. Bu haqda bolgexeber.com-da yazıalr dərc olunub. 

Bərdənin bələdiyyə sədrləri və icra nümayəndələri rayon daxilində müxalifətə çevrilir. Siyasi blok şəklində birləşəcək vəziyyətə çatan yerli məmurların ayrı əlacı qalmayıb.

Buna səbəb Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovdur. Z.Bəylərov adı mətbuata tanışdır və müxtəlif neqativ hadisələrdə ismi hallanıb. 

Amma şöbə müdirinin əməllərinə “dur” deyən tapılmır. İş o yerə çatıb ki, artıq bələdiyyələr və icra nümayəndələri də boğaza yığılıb. Rayonun “Həsən ağa”sına çevrilmiş Bəylərovun qeyri-rəsmi tələbləri onları intihara çatdırıb. 

Belə ki, RİH-də şöbə müdiri vəzifəsindən sui-istifadə edən Z.Bəylərov məmurlardan müxtəlif işlər adı altında pul tələb edir. Bu tələbi yerinə yetirməyənlər isə “qara siyahı”ya salınır, cəzalandırılır. Qarşı tərəfi dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024