Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (16-05-2017, 15:05)
MƏHKƏMƏ HAKİMİNDƏN ƏDLİYYƏ NAZİRİNƏ ŞİKAYƏT-İDDİA


Mediatv.az: Demokratik cəmiyyətin ali prinsipi vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq, insan hüquq və azadlıqlarını ən yüksək formada təmin etməkdir. Demokratik dünyamızın ayrılmaz hissəsi olan Azərbaycanda bu prinsiplər demokratik qanunverici bazanın yaradılması, Prezidentin fərman və sərəncamları ilə öz əksini tapmaqdadı. Ümummilli liderimiz Heydər Əliyev daim məhkəmə sistemində təkmilləşdirmə aparılmasının xüsusi önəm daşıdığını və bunun demokratik, hüquqi dövlət quruculuğu prosesi ilə bərabər aparılmasının vacibliyini qeyd edib. 

 Söz yox ki, bu gün dövlətimizi narahat edən məsələ bəzən hakimlərin ədalətsiz qərar çıxarmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi qarşısında qoyduğu konkret vəzifə də bununla bağlıdır: verilən qərarlar ədalətli olmalıdır. Verilən ədalətsiz qərar insanların həyatına pis təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyət çəkirlər... Biz buna yol verməməliyik... Hər bir cinayətin öz cəzası olmalıdır. Bununla bərabər, günahsız insanlar heç vaxt ədalətsiz qərarların qurbanı olmamalıdır. Bu, məhkəmə sisteminin əsas prinsipidir və əminəm ki, Azərbaycanda bu sahədə aparılan işlər və görülən tədbirlər qısa müddət ərzində öz nəticələrini verəcəkdir. 
Təəssüf doğuran hal ondan ibarətdir ki, dövlətimizin məhkəmə sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verməsinə baxmayaraq, çatışmazlıqlar, problemlər tam həll edilməmiş qalır.Düzdür, ədalətsiz qərar qəbul edən hakimlərin sayı az olsa da, hər halda, mövcuddur. Belələrindən biri də Apellyasiya məhkəməsinin hakimi Mirzəli Abbasovdur.Mediatv.az bildirir ki
 şikayətçi Haqverdiyev Eyvaz Bayış oğlu Vergilər Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş VN 360240 saylı, 24.10.2016-cı il tarixli protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətlisi tərəfindən qəbul edilmiş 15 noyabr 2016-cı il tarixli SNA/140140 saylı inzibati xəta haqqında, iş üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərardan (5000 manat məbləğində cərimə) Sabunçu Rayon Məhkəməsinə şikayət etmişdir. Sabunçu Rayon Məhkəməsinin hakimi Ziya Şirinov tərəfindən daxil olmuş şikayət obyektiv araşdırılmış 15 noyabr 2016-cı il tarixli SNA/140140 saylı, Səhiyyə Nazirliyinin səlahiyyətlisi tərəfindən qəbul edilmiş qərar, 23 dekabr 2016-cı il tarixdə 3(008)-1059/16 saylı qərarla ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən məhkəmənin qəbul etdiyi qərardan bir ay müddətinə apellyasiya şikayəti vermək olar. Lakin buna baxmayaraq Sabunçu rayon Məhkəməsi hakiminin çıxartdığı qərardan 21 fevral 2017-ci il tarixdə (yəni iki aya yaxın vaxt keçdikdən sonra) Səhiyyə Nazirliyi, Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov tərəfindən bu işə baxılaraq ötmüş müddət əsassız olaraq bərpa olunmuşdur və 01 may 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov tərəfindən bu işə baxılmış Sabunçu rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 3(008)-1059/2016 saylı qərarı ləğv edilmişdir. Şikayətçi Eyvaz Haqverdiyev Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ədalətsiz sayır və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin birbaşa göstərişi ilə ona qarşı ədalətsiz qərarın çıxarıldığını bildirir. Şikayətçi Apellyasiya Məhkəməsinin qərarında ölkə rəhbəri cənab İlham Əliyevə və Məhkəmə Hüquq Şurasına müraciət edəcəyini söylədi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024