Gündəm (4-02-2014, 11:46)
Bakı Baş Baytarlıq İdarəsində saxta diplom qalmaqalı-Fotofakt
Məhkəməsninin biabırçı qərarı…
Diplomunun saxta olmadığını bildirən Rəna Rzayeva Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilən diplomun əslini nə Təhsil Nazirliynə, nə də məhkəməyə təqdim etmir…
Bir neçə gün əvvəl PİA.AZ və Gunxeber.com saytları bir il əvvəl Bakı Baş Baytarlıq İdarəsinin işçisi Rzayeva Rəna Əziz qızının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilən diplomu saxta olduğuna olması səbəbi ilə işdən çıxırılması, lakin buna baxmayaraq Bakı Baş Baytarlıq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat alan Aslan Aslanov tərəfindən yenidən işə alınması haqqında məlumat və eyni zamanda Təhsil Nazirliynindən qeyd olunan diplomun saxta olması haqqında verdiyi rəyin sürətini dərc etmişdi. Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının verdiyi saxta diplomlar bu gün araşdırılır və bu səbədən də təhsil naziri Mikayıl Cabbarov tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru işdən azad olunub.
Pia.az-a bu saxta diplom qalmaqalı ilə bağlı maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Binəqədi rayon məhkəməsi ötən il Rəna Rzayevanın işə bərpa olunmaq üçün iddiasını məhz diplomun saxta olması ilə əlaqələndirərək təmin etməyib. Çox qəribədir ki, saxta diplom məsələsini araşdırmaq üçün məhkəmə heç bir qərar verməyib və bu məsələ hələ də aidiyyatı orqanlar tərəfindən araşdırılmayıb. Bundan sonra isə Rəna Rzayeva Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədriliy ilə keçirilən məhkəmə iclasında Rəna Rzayevanının iddası təmin olunub və Binəqədi rayon Məhkəməsinin qərarı ləğv olunub. Qətnamədə göstərilir ki, cavabdeh tərəf saxta diplom haqqnda yetərli sübutlar təqdim etmədiyi üçün Rəna Rzayevanın iddası təmin olunur.
Maraqlıdır ki, cavabdeh tərəf məhkəməyə Təhsil Nazirliyninin rəsmi nümayəndəsi, həmin vaxt Təhsil Nazirliyinin Aparatına rəhbərlik edən İlham Pirməmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Rəna Rzayevaya verdiyi diplomu rəsmi qaydada saxta olduğunu bildirən sənəd verməsinə baxmayaraq, hakim Məmməd Məmmədov bu rəsmi sənədi yetərli sübut olaraq dəyərləndirməyib. Nəyin müqabilində, bunu şəksiz ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev bilir.
Qeyd edək ki, aşağıda təqdim etdiymiz sənəd barədə sənədiimzalayan Təhsil nazirinin müşaviri İlham Pirməmmədovla əlaqə saxladıq. Təhsil Nazirliyinin rəsmisi bildirdi ki, onlar diplomun saxta olması ilə bağlı rəsmi rəy veriblər və bu rəy hələ də qüvvədədir. Bundan sonra isə məsələ ilə hüquq-mühafizə orqanları araşdırmalıdır. Niyə Korrupsyia qarşı Mübarizə İdarəsinə məhz Təhsil Nazirliyinin müraciət etmədiyini cavablandıran İlham Pirməmmədov bildirdi ki, onlar yalnız diplomun əslini əldə etdikdən sonra Korrupsyia qarşı Mübarizə İdarəsinə müraciət edə bilərlər. Lakin Rəna Rzayeva diplomun əslini Təhsil Nazirliyinə təqdim etmir. Bununla bağlı isə hüquq-mühafizə orqanları tədbir görməlidirlər.
Qeyd edək ki, Pia.az-a verilən məlumata görə Rəna Rzayeva saxta elan olunan diplomunun əslini məhkəməyə belə verməkdən imtina edib. Bu durumda Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun Rəna Rzayevanının iddasını haqqlı bilərək onun işə bərpa olunması haqqında qərar verməsi doğurdan qanunsuzluqdur. Bu bir daha onun göstəricisidir ki, Bakı Apellyasiya Məhkəməsində ən adı qaydalara belə riayət etmədən sifariş əsasında qərarlar qəbul olunur.
Yazıda adı keçən şəxslərin və qurumların mövqelərini dərc etməyə hazırıq…

Oxunub: 9 Bölmə:
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024