Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-04-2016, 21:13)
ANS-in MTRŞ-yə qarşı daha üç apellyasiya şikayəti üzrə qərarlar elan olunub

 

 

ANS-in MTRŞ-yə qarşı daha üç apellyasiya şikayəti üzrə qərarlar elan olunub

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verilmiş apellyasiya şikayəti üzrə daha üç məhkəmə iclası keçirilib.
Mediatv.az xəbər verir ki, bu barədə "Report"a MTRŞ-nın vəkili Nemət Cavadov məlumat verib.
Onun sözlərinə görə, proseslərdə qərarlar elan olunub.
Qərarlara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 
2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə on beş məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024