Karusel / Slayd (16-05-2017, 16:57)
SIĞORTA ŞİRKƏTİ VƏTƏNDAŞI NECƏ ALDADIR?-İDDİA VAR
Azərbaycan sığorta şirkətlərinin müştərilərini aldatması, müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən yayınmaları haqda mətbuatda çox yazılıb. Mediatv.az-a müraciət edən Suraxanı rayon sakini A.Əsgərov Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aldadıldığını bildirir. O özünə məxsus Toyota Prado markalı 10 XU 042 qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitəsini icbari sığorta etdirməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinin Xətai filialına ödəniş etməsinə baxmayaraq, nəqliyyat vasitəsinin sığortası “sistemə yerləşdirilməyib”. Arif Əsgərovun şikayətindən sonra (bir ay sonra) nəqliyyat vasitəsinin sığortalanması sistemə yerləşdirilib. Ona verilmiş rəsmi cavabda bildirilir ki, guya Arif müəllimin 90 EL 062 dövlət nömrə nişanlı avtonəqlyyat vasitəsi var, həmin nəqliyyat vasitəsi iki dəfə yol nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsi olaraq informasiya sistemi vasitəsilə malus hesablanaraq Toyota Prado markalı, 10 XU 042 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibinə 125 manat dövlət rüsumu hesablanmışdır. Arif Əsgərov şikayət məktubunda ona məxsus 90 EL 062 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin heç vaxt olmadığını sübut edə bilmədiyini bildirir. Şikayətçinin sözlərinə görə, onun adına 90 EL 062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yazaraq malus hesablanması, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hansısa maliyyə maxinasiyaları aparılmasına hesablanıb. Mediatv.az-a müraciət edən Arif müəllim verilən cavabla razılaşmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi şikayət etdiyini bildirir. Şikayətçinin sözlərinə görə müraciətindən iki aydan artıq müddət keçməsinə baxmayaraq hələ ki heç bir cavab yoxdur.Azərbaycan Respublikasının məlum qanunlarına görə vətəndaşların müraciətləri bir ay iş günü müddətində baxılıb cavablandırılmalıdır.