Karusel (12-05-2017, 10:13)
İki Hacının şərik biznesində, GÖMRÜK və VERGİ orqanları necə aldadılır…
Bakunews.az-a daxil olan məlumata görə, 10 ildən artıqdır Azərbaycanda fəaliyyətdə olan amma bu günə qədər dövlət büdcəsinə qatqıda bulunmaq əvvəzinə ona kələk gələn bir şirkət mövcudur. Həmin şirkət uzun illərdir Çin və Dubay şəhərlərindən Azərbaycana elektronika malları ilə tanınır. “TeleMax” adlı bu şirkətə Hacı Qutsi adlı bir Azərbaycanlı rəhbərlik etsədə Azərbaycan bazarlarını manapoliya kimi əlində cəmləşdirməklə yanaşı həm də xalqa keyfiyəti aşağı olan malları orjinal adı ilə satmaqdadırlar.Bu şirkətlə bağlı daxil olan məlumatlarda deyilir ki, şirkətin Azərbaycanda on ildən artıq fəaliyyəti dövründə vergi bazasından külli miqdarda vəsaitin mənimsənilməsinə xidmət edən bir sənətləşdirmə ilə fəaliyyətinin şəffaflığını gizlətməkdədir. Məsələn Çində 100 min dəyərində malın invoys sənətləri saxtalaşdırılaraq gömrük işçilərini aldatmağa cəhd və həmin sənətlər əsasında əsil dəyərin 36% vergisini ödəməkdən boyun qaçırırlar. “TeleMax” şirkət Azərbaycana gətirdiyi malın əsil dəyərini deyil onun yarıdan aşağı qiymətini sənətləşdirərək dövlət büdcəsinə gedəcək pulu mənimsəməkdədirlər. Hər bir azərbaycanlı kimi doğru və şəffaf işləmək əvəzinə dövlətə daxil olacaq vəsaitin şəxsi hesablarına əlavə edilməkdədir. Apardığımız araşdırmalar nəticəsində, gömrük əməkdaşları ilə əlbir olaraq sənətlərin əsil dəyərinin altında göstərməklə yanaşı rüşvət sayəsində külli miqdarda dövlət büdcəsini mənimsənilməsinə xidmət edən cinayət əməllərinə əl atılmaqdadır.Bazarlara topdan və parakəndə mal paylayan “TeleMax” şirkəti barəsində geniş araşdırmamız davam etdiyindən verilən məlumatların qısa olaraq anonsundan xəbər verdik. Araşdırma bitdikdə isə həmin şirkət rəhbərinin qaranlıq bağları hansı gömrük əməkdaşları ilə əlbir olaraq dövlət büdcəsini taladıqları barəsində məqaləmizi oxuya biləcəksiniz. Yazı hazırlanan zaman redaksiyamıza ilginc məlumat daxil oldu ki, buda Hacı Qüdsi və şəriyi Hacı Ərəbin gizlin əmələri ilə bağlı idi. İki hacının şərikliyi Dövlət Gömrük Komitəsini və onunla yanaşı Vergilər Nazirliyini necə aldatmaları ilə bağlı idi. Bu günə qədər bu şəxslərin idarəciliyində olan biznes şəbəkənin Vergilər nazirliyi tərəfindən yoxlanılmamasının səbəbi nədir…?
Ardı var.
Araşdırmamız davam edir.
Redaksiyadan: yazıda adları keçən qurum və şəxslərin mövqeyinidə dinləməyə hazırıq.